MTN-nin 7 əməkdaşı həbs olunub, amma adlar çəkilmir
Baş Prokurorluq Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinə qarşı səlahiyyətlərindən sui-istifadə və digər qanun pozuntuları ilə bağlı cinayət işi açıb, istintaq-əməliyyat qrupu yaradılıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna hələlik bu məlumatları kifayətlənməyi məsləhət görür:
“Hələlik, yaydığımız bu məlumatlarla kifayətlənin, sonradan əlavə məlumatlar yayılacaq. Həbs olunan 7 nəfər MTN-nin vəzifəli şəxsləridir”.
Mədət Quliyev MTN-də nazirin birinci müavini təyin olundu
Prezident İlham Əliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Mədət Quliyev təyin edilib.
Mədət Qəzənfər oğlu Quliyev hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi, general-leytenantdır.
"Prezidentə sadiq olmaq və qudurmamaq"
Bu gün Səbail rayonu icra hakimiyyətində 9 ayın yekunları ilə bağlı hesabat toplantısı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, rayona yeni təyin olunmuş icra başçısı Eldar Əzizov sərt çıxış edib. O bildirib ki, bu gün məmurların əsas prinsipi “prezidentə sadiq olmaq və qudurmamaq” olmalıdır: “Bu bizə də aiddir, hamıya da. Bəzi insanlar sərhədlərini keçiblər və buna görə də öz cəzalarını alıblar”. İcra başçısı deyib ki, ədəbi dildə “qudurmaq” sözünü insanlara şamil etmək olmasa da, bu harınlaşmış, inkişafa əngəl törədən, öz mənafelərini güdənlərə birbaşa aiddir və rayonda bu işlərə yol verənlərə qarşı ciddi tədbirlər görüləcək.