Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 02:43
Səfər Əbiyev Pentaqonda
Səfər Əbiyev Pentaqonda

AzadliqLive -"MTN-də dedilər Səfər Əbiyevin üzünə dur"

Azərbaycanda və dünyada baş verən xəbərləri AzadliqLive-də izləyin

14:32 20.10.2015

Qanun qəbul olundu: Yoxlamalar 2 illiyə dayandırılır

Milli Məclisin bu gün keçirilən iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun layihəsi müzakirə olunmadan qəbul olunub. Bu qanunla 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.

14:23 20.10.2015

Dərmanlar niyə yoxa çıxıb?

Təxminən 15 aptekdə əczaçılar «biz də bilmirik» cavabını verdi. On altıncı aptekdə də adını çəkməyən aptek müdiri dedi ki, problem depo ilə bağlıdır. Ancaq yeniliklərdən də danışdı:

«Depo dərman vermir. Məsələn, biz «Avromed»in deposundan alırıq. Deyirlər «yoxdur». Tapılmayan dərmanlardan biri «Liprimar»dır. Avropada qiyməti 20 avrodur. Bizdə isə ucuzlaşandan sonra 3 manat olub. Bu dərman Avropada 20 avrodursa, burda necə 3 manat ola bilər? Ancaq bir yol var, yerli istehsal olmalıdır. İndi bu haqda da fikirləşirlər, 3-4 dərman zavodu tikilir. O zavodlar tikilib yerli istehsala başlayandan sonra 20 avroluq dərman ucuz ola bilər. İndi yeni depo yaranır- «Zeytun» şirkətidir. Avropadan gələn dərmanların distributoru bu şirkət olacaq».

13:52 20.10.2015

Büdcə qəbul olundu

Oktyabrın 20-də Milli Məclis keçirilən plenar iclasda "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsini qəbul edib.

Apa xəbər verir ki, qanun layihəsi qəbul olunmadan öncə maliyyə naziri Samir Şərifov millət vəkillərinin qaldırdığı bir sıra məsələlər toxunub.

S. Şərifovun sözlərinə görə, millət vəkillərinin irəli sürdüyü bəzi təkliflər hökumətin sosial-iqtisadi inkişaf konsepsiyasına aid olub. Nazir əlavə edib ki, millət vəkillərinin konkret xərc tələb edən məsələlər barədə təklifləri ətraflı öyrənilib: "Millət vəkillərinin qaçqın və məcburi köçkünlərin məskunlaşma, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı təklifi nəzərə alınıb və bu məbləğ 50% artırılaraq 150 milyon manata çatdırılıb. Qeyd olunan artım Dövlət Neft Fondunun xərclərinin 50 milyon manat artımı hesabına baş verəcək. İcmal büdcənin xərclərinin yuxarı həddi 19,956 milyard manata çatdırılıb. ARDNF-nin gəliri nəzərə alınmadan icmal büdcənin kəsiri 9,948 milyard manat təşkil edəcək.

13:12 20.10.2015

İstanbulda jurnalistin meyiti tapıldı

İraqda jurnalistika və qadın hüquqlarını təbliğ edən jurnalistin meyiti İstanbul aeroportunda tapılıb. Jacqueline Sutton Beynəlxalq Hərb və Sülh Xəbərləri (Institute for War and Peace Reporting) İnstitutunun İraqdakı direktoruydu.

Oktyabrın 19-da yayılmış bəyanatda həmkarları onun ölümünün dərhal araşdırılmasına çağırıb. Bir neçə ay əvvəl həmin vəzifədə çalışan şəxs bomba partlayışında həlak olmuşdu.

Açıqlamada deyilir ki, Sutton Londondan gəlirmiş, İraqın muxtar kürd regionundakı Ərbildki bazaya gedirmiş.

Davamı

XS
SM
MD
LG