Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 18:10
Səfər Əbiyev Pentaqonda
Səfər Əbiyev Pentaqonda

AzadliqLive -"MTN-də dedilər Səfər Əbiyevin üzünə dur"

Azərbaycanda və dünyada baş verən xəbərləri AzadliqLive-də izləyin

12:51 20.10.2015

Putinin təklifini Əliyev bəyənir

Müstəqil Dövlətlər Birliyinin (MDB) Qazaxıstanda keçirilən iclasında Rusiya prezidenti Vladimir Putin-in ticarətdə milli valyutadan istifadə təklifi diqqət çəkib. Bu təklifi dəstəkləyən Azərbaycan prezidenti belə deyib: «MDB ölkələri arasında əmtəə dövriyyəsi azalıb. Dünyada baş verən müəyyən proseslər nəzərə alınsa, burada, əlbəttə, obyektiv amil var. MDB üzvü olan ölkələrin çoxunun milli valyutaları öz dəyərini itirib. Biz hesablaşmaları dollarla apardığımıza görə, bu, təbii ki, statistikada dərhal mənfi işarə ilə öz əksini tapır. Buna görə mən hesablaşmaları milli valyutalarla aparmağa keçid məsələsinin araşdırılması ideyasına qoşulmaq istərdim».

12:48 20.10.2015

MTN İŞİNDƏ ƏLİYEVİN MƏSULİYYƏTİ

«Azadlıq» qəzeti eyni sərlövhəli yazıda bildirir ki, bu qədər kadr «brak» çıxırsa, deməli, hökumət yerində deyil: «Əvvəla məlum olur ki, hakimiyyət komandasında heç kimin təmiz olmadığını hakimiyyət özü etiraf edir. Bəli, ölkə başçısı səviyyəsində etiraf olunur ki, bütün kadrlarımız korrupsioner, yarıtmaz, yararsızdır. Ölkənin ən strateji postlarını tutmuş, uzun illər dövlətin sütunlarına «qarovul» çəkmiş adamlar «brak» çıxır. Deməli, bu hakimiyyətin komandası haqqında yazılanlar, deyilənlər həqiqətdir. Deməli, YAP hakimiyyəti ən strateji postlara ən yararsız adamları yerləşdirib».Media icmalı

12:46 20.10.2015

«Paket» maaşlar ləğv edilir

Nazirliklərdə maaşlar azalır, xidməti maşınlar ixtisar olunur

22:18 19.10.2015

Keçmiş səfirin MTN şefinin işdən çıxarılmasının səbəbləri ilə bağlı versiyası

Azərbaycanın Avropa Birliyi və Avropa Şurasındakı səfiri olmuş diplomat Arif Məmmədov özünün Facebook səhifəsində yazır ki, 16 oktyabr sərəncamı Eldar Mahmudovun ölkə başçısının qəzəbinə tuş gəldiyi ilk hal deyil. Bir dəfə də o, biznes strukturlardan birindən şantajla çox böyük məbləğ alıb və onu lazım olduğu üzrə ümumi katyola çatdırmayıb. Bu barədə İlham Əliyev xəbər tutanda o, vəzifəsini itirməyin bir addımlığında olub. Lakin tutduğu əmələ görə böyük məbləğdə cərimə ödəyərək vəziyyətdən çıxa bilib: "Həmin vaxt Mahmudovun vəziyyətdən çıxmasına onun ailəsinin prezidentin ailəsi ilə yaxın münasibətləri də təsir göstərib.

"Eldar Mahmudov İsrail kəşfiyyatı ilə güclü şəxsi əlaqələr yaradıb. Bu isə Moskvanı narahat etməyə bilməzdi. Güman ki, Moskva keçmiş nazirlə bağlı hansısa ciddi kompromat əldə edib və onu Astanada prezidentlərin görüşündə İlham Əliyevə çatdırıb",-deyə sabiq səfir qeyd edir.

Keçmiş səfir bildirib ki, Eldar Mahmudov hakimiyyətdə bir çox məşhur nazirlərində daxil olduğu iri klanlardan birinin başçısına çevrilmişdi. O, həmin nazirləri Prezident Administrasiyasının təsirlərindən qorumaqla məşğul idi.

Arif Məmmədov keçmiş naziri hədəfə gətirən səbəblərdən sonuncusu kimi 2011-2012-ci illərdə özünün həbsi barədə Prezident Administrasiyasından verilən göstərişi Eldar Mahmudovun rədd etməsini göstərir. Keçmiş səfir bunun üçün keçmiş nazirə minnətdar olduğunu da qeyd edib.

Arif Məmmədov iddia etdiyi səbəblərdən sonra Mahmudovun vəzifədən çıxarılmasının doğura biləcəyi nəticələr barədə də mülahizələrini də bölüşüb:

– Belə ciddi fiqurun itirilməsi İsrail xüsusi xidmət orqanlarını narahat etməyə bilməz və yaqin ki, o buna sərt cavab verəcək.

– Mahmudovun oyundan çıxması onun çevrəsindəki nazirlərin onsuz da zəifləmiş mövqelərini bir az da zəiflədəcək. Prezident Administrasiyası nəhayət, o nazirlər qrupunu asanlıqla uda biləcək. Bu isə hakimiyyətdə kollapsı daha da sürətləndirəcək.

– Nəzərə alınsa ki, MTN keçmiş nazirin yaxın adamlarından ibarət olmaqla komplektləşdirilib, bu nazirlik eynən XİN kimi, uzun müddətə fəaliyyət qabiliyyətini itirəcək.

– Bəlli olduğu kimi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində bu nazirliyin şəxsən Mahmudova sadiq olan çoxlu sayda əməkdaşları çalışır. Mümkündür ki, onlardan bir neçəsi diplomatların nümunəsindən yararlanacaq və geri qayıtmaqdan imtina edəcək, xarici ölkələrdən siyasi sığınacaq alacaq. (MeydanTV)

Davamı

XS
SM
MD
LG