Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:34
Səfər Əbiyev Pentaqonda
Səfər Əbiyev Pentaqonda

AzadliqLive -"MTN-də dedilər Səfər Əbiyevin üzünə dur"

Azərbaycanda və dünyada baş verən xəbərləri AzadliqLive-də izləyin

14:42 21.10.2015

Rəşad Məcid : reket qəzetlərin həbs olunan MTN generalları ilə əlaqələri üzə çıxacaq

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Modern.az-a bildirib ki, 5-6 il əvvəl bir neçə qəzetin adının reket mətbuat orqanları siyahısına daxil edilməsinə baxmayaraq, fəaliyyətlərini israrlı davam etdirirdilər:

“İctimaiyyətdə də belə fikir yaranırdı ki, bu tipli reket mətbuatın arxasında hansısa güclü dayaqlar durur....

Bu qəzetlərin, redaktorların, jurnalistlərin toxunulmazlığı onların arxasındakı qüvvələrin mövcudluğundan xəbər verirdi. O qüvvələr hesabına bu qəzetləri nə bağlamaq mümkün olurdu, nə də onlara hansısa təsir imkanı mümkün idi. İndi bu məsələ yenidən gündəmə gəlibsə, bir neçə qəzetin MTN-nin həbs olunan generalları ilə əlaqəli olması üzə çıxacaq.

14:20 21.10.2015

""Texnika Bank"ı rəzil edən MTN"

“Qafqazinfo” yazır ki, E.Mahmudovun dəstəsinin sahibkarlara qarşı törətdikləri qanunsuz əməllər məlum olur. Sahibkarlar bir –birinin ardınca mətbuata çıxaraq sözügedən dəstə tərəfindən məruz qaldıqları haqsızlıqları açıqlayırlar. Məlumatlara görə, artıq bununla bağlı xüsusi bir qrup da yaradılıb, şikayətçi iş adamları, zərəçəkənlərin ərizələri alınır və onlardan alınan rüşvətlər hesablanır.

"Məlumata görə, bir neçə il əvvəl məhz MTN tərəfindən həbs edilən, ciddi haqsızlıqlarla üzləşən, demək olar ki, bütün biznesinin yerlə-yeksan edildiyi iş adamlarından biri də "Texnika Bank"ın keçmiş rəhbəri Etibar Əliyevdir. O vaxt Azərbaycanın ən böyük banklarından biri olan "Texnika Bank" rəhbəri gözlənilmədən həbs edilmiş, təxminən 9 aylıq həbsdən sonra azadlığa buraxılsa da, bankı əlindən alınmışdı. Məhz o vaxt "Texnika Bank" Eldar Mahmudovun qudası Cahangir Hacıyevə peşkəş edilmiş, adı da dəyişdirilərək "Bank Technique" adlandırılmışdı.

E.Əliyevin dönəmində 1000 nəfərdən artıq işçisi, Azərbaycanın bütün bölgələrində filialları, bir neçə ölkədə isə nümayəndəlikləri olan "Bank Technique" cəmi iki il ərzində faktiki olara rəzil gününə salınıb və bu gün bank defolt vəziyyətindədir. İşçilərinin 80 faizindən çoxu ixtisar olunan bankın rəhbəri də bir neçə gün əvvəl istefa verib.

Müştərilər qarşısında öhdəliklərini yerinə yetirə bilməyən "Bank Technique" vətəndaşların əmanətlərini qaytarmaqda çətinlik çəkir. Bankın bu vəziyyətinin ölkə rəhbərliyini ciddi narahat etdiyi qeyd olunur. Bildirilir ki, artıq "Bank Technique"ın fəaliyyətinin bərpa olunması və əvvəlki sahibi - Etibar Əliyevə qaytarılması gözlənilir."

13:26 21.10.2015

SEÇKİ DƏFN EDİLDİ?

«Azadlıq» qəzeti yazır ki, parlament seçkiləri ilə bağlı hazırda hakimiyyətə yaxın 70-80 namizədin təbliğatı gedir:

«Mətbuatda əsasən YAP-ın və YAP-a yaxın olan namizədlərin təbliğatı aparılır. Küçələrdə adı siyahıya salınmış şəxslərin plakatları üstünlük təşkil edir. İstənilən ərazidən keçəndə, kimə «stavka» olunduğu, kimin sifarişinin verildiyi aydın görünür. Eyni dairənin ərazisində bir namizədin 3-4 plakatı, o biri namizədin isə 100-lərlə plakatını görürsən. Daha dəqiq araşdırma aparanda isə məlum olur ki, bu prosesə icra hakimiyyətlərinin, sahə müvəkkillərinin və digər səlahiyyət sahiblərinin «töhfə»si var. Yəni yuxarıdan gələn sifariş əsasında rejim namizədlərinin təbliğatı aparılır. Deməli, YAP-ın «rəqabətli seçki» təəssübkeşliyi sabun köpüyündən başqa bir şey deyilmiş».

12:48 21.10.2015

İranda Məhərrəmlik makiyajı

İran İslam Respublikasında müqəddəs Məhərrəmlik ayını xüsusi qeyd etmək istəyirsənsə, yaxşı olar bunu çox açıb-ağartmayasan. Belə ki, bərbərxanalara bir xəbərdarlıq olunub. Məsələn, saçlara «Ya Hüseyn» sözünü həkk eləmək olmaz. Xəbərdarlığa saç düzümü salonlarının «xüsusi Məhərrəmlik» dəblərinin reklamına başlaması səbəb olub.

Davamı

XS
SM
MD
LG