Eldar Mahmudovun oğlunun biznesi
marja.az saytı yazır ki, 2006-cı ildən fəaliyyət göstərən «Caspian Crystal» şirkətlər qrupunun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova bağlı olduğu iş dünyasına yaxşı məlumdur. «Caspian Crystal» holdinqinin İdarə Heyətinin sədri Anar Eldar oğlu Mahmudovdur.
Marja-nın araşdırması nəticəsində məlum olub ki, «Caspian Crystal» bir neçə istiqamətdə ixtisaslaşıb – katerinq, qida, restoranlar və avtomobil satışı. Media icmalı
Bu günki AzadlıqLive-da:
Mədət Quliyevin MTN-də 1-ci müavin təyin olunmasını necə qiymətləndirirlər? Politoloq Ərəstun Oruclu və təhlükəsizlik eksperti İlham İsmayıl fərqli fikirdədirlər
Prokurorluq 7 nəfərin həbsindən danışır, ancaq nədənsə ad çəkmək istəmir
Vəkili deyir ki, İlqar Məmmədovu həbsdə amansızcasına döyüblər
"Kompüter arxasında şirə dönənlər"
Almaniyada yaşayan Tural Sadıqlı Azərbaycanda ailəsinə edilən təzyiqlərin onun siyasi mübarizəsinə təsir etmədiyini deyir. O daha sonra deyir: "Bəziləri siyasi dona girib siyasi sığınacaq alıb, amma yaralı barmağa məlhəm olmaqdan boyun qaçırır. Bəziləri siyasi mühacirət alveri üçün siyasətdədir, bəziləri işini sadəcə kompüter arxasında şirə dönməkdə, facebookda status yazmaqla bitmiş sayır, özünə başqa əziyyət vermir. Bu qisim mühacirlərin çoxu da işsiz adamlardır. İşləri olsa, heç facebookda status da yazmazlar. Sonuncu qism mühacirlər də var ki, fəaliyyətləri yalnız, “Sarı gəlin” davası aparmaqdan, “şəkərbura-paxlava cəmiyyətləri” və Xocalı və 20 yanvar faciələrini yas mərasimləri müstəvisindən o tərəfə çıxarda bilməyən diaspora təşkilatları olmaqdan ibarətdir."
Vəkil: İlqar Məmmədovu həbsdə döyüblər
"ReAl hərəkatının həbsdə olan lideri İlqar Məmmədov oktyabrın 16-da 2 saylı cəzaçəkmə müəssisəsində amansızca döyülüb."
Bunu İlqar Məmmədovun vəkili Cavad Cavadov deyir.