Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 21:03
Səfər Əbiyev Pentaqonda
Səfər Əbiyev Pentaqonda

AzadliqLive -"MTN-də dedilər Səfər Əbiyevin üzünə dur"

Azərbaycanda və dünyada baş verən xəbərləri AzadliqLive-də izləyin

18:29 21.10.2015

"Mərkəzi Bank bankların çaldığı hava ilə oynayır"

Eksper Əkrəm Həsənovun fikrincə, Mərkəzi Bank bankların acınacaqlı durumunu pərdələmək üçün bank nəzarəti tələblərini yumşaldır. ​“Nəticədə əhaliyə yanlış məlumat ötürülür ki, guya hər şey normaldır. Bank müştəriləri, ilk növbədə, əmanətçilər bundan nəticə çıxarmalıdır. Ehtiyatlı olun!”.

Ekspert bildirir ki, Mərkəzi Bank bəzi bankların əhalinin əmanətlərini qaytarmamasına da xeyli müddətdir göz yumur: ​“Həmin banklara nə kömək edir, nə də lisenziyasını geri alır. Bir sözlə, devalvasiyadan sonra Mərkəzi Bank bankların çaldığı havanı oynayır və əhalini təhlükə altına qoyur”.

16:05 21.10.2015

MTN-nin nəzarətində olan medianın siyahısı

Aznews.az saytının yaydığı məlumata görə, "araşdırma zamanı məlum olub ki, MTN-in nəzarətində bir sıra mətbuat orqanları var və onlar açıq reketlə məşğuldur.

Həmin mətbuat orqanları vasitəsiylə hədəfə götürdükləri “obyekt” əvvəlcə “vurulur”, onların “cinayət əməlləri”, “korrupsiyaya yol vermələri” tirajlanır, sonra isə bunu əllərində əsas götürən MTN-çilər hərəkətə keçib soyğunçuluqla məşğul olurmuşlar."

Modern.az saytının əldə etdiyi məlumata görə, "Baş Prokurorluğun apardığı istintaqın gedişində həmin “reket” jurnalistlərin siyahısı hazırlanır".

15:19 21.10.2015

769 namizəd qaldı

MSK-nın məlumatına görə, noyabrın 1-ə təyin edilmiş parlament seçkilərində 125 yer uğrunda 769 nəfər mübarizə aparacaq. Namizədlərin sayı 1200-dən çox idi, sonra geri götürdülər.

15:16 21.10.2015

"İlqar Məmmədovun həyatına real təhlükə var"

«İlqar Məmmədov bugünkü görüşümüzdə bir daha dedi ki, oktyabrın 16-da 2 saylı Cəzaçəkmə Müəssisəsində ona hücum olub, döyülüb. Onu döyənlər isə rəis müavini və müəssisənin başqa bir əməkdaşı olub. İlqar Məmmədov onunla bağlı real təhlükənin olduğunu bir daha təsdiqlədi».

Bu haqda AzadlıqRadiosuna oktyabrın 21-də İlqar Məmmədovla görüşündən sonra vəkil Fuad Ağayev məlumat verib.

Davamı

XS
SM
MD
LG