Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:02
Səfər Əbiyev Pentaqonda
Səfər Əbiyev Pentaqonda

AzadliqLive -"MTN-də dedilər Səfər Əbiyevin üzünə dur"

Azərbaycanda və dünyada baş verən xəbərləri AzadliqLive-də izləyin

12:48 20.10.2015

MTN İŞİNDƏ ƏLİYEVİN MƏSULİYYƏTİ

«Azadlıq» qəzeti eyni sərlövhəli yazıda bildirir ki, bu qədər kadr «brak» çıxırsa, deməli, hökumət yerində deyil: «Əvvəla məlum olur ki, hakimiyyət komandasında heç kimin təmiz olmadığını hakimiyyət özü etiraf edir. Bəli, ölkə başçısı səviyyəsində etiraf olunur ki, bütün kadrlarımız korrupsioner, yarıtmaz, yararsızdır. Ölkənin ən strateji postlarını tutmuş, uzun illər dövlətin sütunlarına «qarovul» çəkmiş adamlar «brak» çıxır. Deməli, bu hakimiyyətin komandası haqqında yazılanlar, deyilənlər həqiqətdir. Deməli, YAP hakimiyyəti ən strateji postlara ən yararsız adamları yerləşdirib».Media icmalı

12:51 20.10.2015

Putinin təklifini Əliyev bəyənir

Müstəqil Dövlətlər Birliyinin (MDB) Qazaxıstanda keçirilən iclasında Rusiya prezidenti Vladimir Putin-in ticarətdə milli valyutadan istifadə təklifi diqqət çəkib. Bu təklifi dəstəkləyən Azərbaycan prezidenti belə deyib: «MDB ölkələri arasında əmtəə dövriyyəsi azalıb. Dünyada baş verən müəyyən proseslər nəzərə alınsa, burada, əlbəttə, obyektiv amil var. MDB üzvü olan ölkələrin çoxunun milli valyutaları öz dəyərini itirib. Biz hesablaşmaları dollarla apardığımıza görə, bu, təbii ki, statistikada dərhal mənfi işarə ilə öz əksini tapır. Buna görə mən hesablaşmaları milli valyutalarla aparmağa keçid məsələsinin araşdırılması ideyasına qoşulmaq istərdim».

13:12 20.10.2015

İstanbulda jurnalistin meyiti tapıldı

İraqda jurnalistika və qadın hüquqlarını təbliğ edən jurnalistin meyiti İstanbul aeroportunda tapılıb. Jacqueline Sutton Beynəlxalq Hərb və Sülh Xəbərləri (Institute for War and Peace Reporting) İnstitutunun İraqdakı direktoruydu.

Oktyabrın 19-da yayılmış bəyanatda həmkarları onun ölümünün dərhal araşdırılmasına çağırıb. Bir neçə ay əvvəl həmin vəzifədə çalışan şəxs bomba partlayışında həlak olmuşdu.

Açıqlamada deyilir ki, Sutton Londondan gəlirmiş, İraqın muxtar kürd regionundakı Ərbildki bazaya gedirmiş.

13:52 20.10.2015

Büdcə qəbul olundu

Oktyabrın 20-də Milli Məclis keçirilən plenar iclasda "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsini qəbul edib.

Apa xəbər verir ki, qanun layihəsi qəbul olunmadan öncə maliyyə naziri Samir Şərifov millət vəkillərinin qaldırdığı bir sıra məsələlər toxunub.

S. Şərifovun sözlərinə görə, millət vəkillərinin irəli sürdüyü bəzi təkliflər hökumətin sosial-iqtisadi inkişaf konsepsiyasına aid olub. Nazir əlavə edib ki, millət vəkillərinin konkret xərc tələb edən məsələlər barədə təklifləri ətraflı öyrənilib: "Millət vəkillərinin qaçqın və məcburi köçkünlərin məskunlaşma, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı təklifi nəzərə alınıb və bu məbləğ 50% artırılaraq 150 milyon manata çatdırılıb. Qeyd olunan artım Dövlət Neft Fondunun xərclərinin 50 milyon manat artımı hesabına baş verəcək. İcmal büdcənin xərclərinin yuxarı həddi 19,956 milyard manata çatdırılıb. ARDNF-nin gəliri nəzərə alınmadan icmal büdcənin kəsiri 9,948 milyard manat təşkil edəcək.

Davamı

XS
SM
MD
LG