Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:06
Səfər Əbiyev Pentaqonda
Səfər Əbiyev Pentaqonda

AzadliqLive -"MTN-də dedilər Səfər Əbiyevin üzünə dur"

Azərbaycanda və dünyada baş verən xəbərləri AzadliqLive-də izləyin

14:23 20.10.2015

Dərmanlar niyə yoxa çıxıb?

Təxminən 15 aptekdə əczaçılar «biz də bilmirik» cavabını verdi. On altıncı aptekdə də adını çəkməyən aptek müdiri dedi ki, problem depo ilə bağlıdır. Ancaq yeniliklərdən də danışdı:

«Depo dərman vermir. Məsələn, biz «Avromed»in deposundan alırıq. Deyirlər «yoxdur». Tapılmayan dərmanlardan biri «Liprimar»dır. Avropada qiyməti 20 avrodur. Bizdə isə ucuzlaşandan sonra 3 manat olub. Bu dərman Avropada 20 avrodursa, burda necə 3 manat ola bilər? Ancaq bir yol var, yerli istehsal olmalıdır. İndi bu haqda da fikirləşirlər, 3-4 dərman zavodu tikilir. O zavodlar tikilib yerli istehsala başlayandan sonra 20 avroluq dərman ucuz ola bilər. İndi yeni depo yaranır- «Zeytun» şirkətidir. Avropadan gələn dərmanların distributoru bu şirkət olacaq».

14:32 20.10.2015

Qanun qəbul olundu: Yoxlamalar 2 illiyə dayandırılır

Milli Məclisin bu gün keçirilən iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun layihəsi müzakirə olunmadan qəbul olunub. Bu qanunla 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.

15:13 20.10.2015

"Prezidentə sadiq olmaq və qudurmamaq"

Bu gün Səbail rayonu icra hakimiyyətində 9 ayın yekunları ilə bağlı hesabat toplantısı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, rayona yeni təyin olunmuş icra başçısı Eldar Əzizov sərt çıxış edib. O bildirib ki, bu gün məmurların əsas prinsipi “prezidentə sadiq olmaq və qudurmamaq” olmalıdır: “Bu bizə də aiddir, hamıya da. Bəzi insanlar sərhədlərini keçiblər və buna görə də öz cəzalarını alıblar”. İcra başçısı deyib ki, ədəbi dildə “qudurmaq” sözünü insanlara şamil etmək olmasa da, bu harınlaşmış, inkişafa əngəl törədən, öz mənafelərini güdənlərə birbaşa aiddir və rayonda bu işlərə yol verənlərə qarşı ciddi tədbirlər görüləcək.

15:30 20.10.2015

Mədət Quliyev MTN-də nazirin birinci müavini təyin olundu

Prezident İlham Əliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Mədət Quliyev təyin edilib.

Mədət Qəzənfər oğlu Quliyev hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi, general-leytenantdır.

Davamı

XS
SM
MD
LG