Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 12:30
Səfər Əbiyev Pentaqonda
Səfər Əbiyev Pentaqonda

AzadliqLive -"MTN-də dedilər Səfər Əbiyevin üzünə dur"

Azərbaycanda və dünyada baş verən xəbərləri AzadliqLive-də izləyin

16:05 21.10.2015

MTN-nin nəzarətində olan medianın siyahısı

Aznews.az saytının yaydığı məlumata görə, "araşdırma zamanı məlum olub ki, MTN-in nəzarətində bir sıra mətbuat orqanları var və onlar açıq reketlə məşğuldur.

Həmin mətbuat orqanları vasitəsiylə hədəfə götürdükləri “obyekt” əvvəlcə “vurulur”, onların “cinayət əməlləri”, “korrupsiyaya yol vermələri” tirajlanır, sonra isə bunu əllərində əsas götürən MTN-çilər hərəkətə keçib soyğunçuluqla məşğul olurmuşlar."

Modern.az saytının əldə etdiyi məlumata görə, "Baş Prokurorluğun apardığı istintaqın gedişində həmin “reket” jurnalistlərin siyahısı hazırlanır".

18:29 21.10.2015

"Mərkəzi Bank bankların çaldığı hava ilə oynayır"

Eksper Əkrəm Həsənovun fikrincə, Mərkəzi Bank bankların acınacaqlı durumunu pərdələmək üçün bank nəzarəti tələblərini yumşaldır. ​“Nəticədə əhaliyə yanlış məlumat ötürülür ki, guya hər şey normaldır. Bank müştəriləri, ilk növbədə, əmanətçilər bundan nəticə çıxarmalıdır. Ehtiyatlı olun!”.

Ekspert bildirir ki, Mərkəzi Bank bəzi bankların əhalinin əmanətlərini qaytarmamasına da xeyli müddətdir göz yumur: ​“Həmin banklara nə kömək edir, nə də lisenziyasını geri alır. Bir sözlə, devalvasiyadan sonra Mərkəzi Bank bankların çaldığı havanı oynayır və əhalini təhlükə altına qoyur”.

18:57 21.10.2015

İtaliyada Azərbaycandan fındıq aparan yük avtomobilinə silahlı basqın olub

Bu barədə APA-ya açıqlamasında Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan türkiyəli iş adamı Müzəffər Koyugölgə məlumat verib.Onun sözlərinə görə, hadisə oktyabrın 16-da İtaliyanın paytaxtı Roma yaxınlığında qeydə alınıb: "Mən 20 ildir, Azərbaycanda sahibkarlıq və yükdaşıma fəaliyyəti ilə məşğul oluram. Azərbaycan dövlət nömrə nişanlı xeyli sayda yük avtomobilimiz var və həmin avtomobillərlə Azərbaycandan dünya ölkələrinə yük daşıyırıq. On gün əvvəl yük maşınlarımızdan biri Zaqataladan 160 min dollar dəyərində 22 ton fındıq məhsulu ilə İtaliyaya yola düşüb.Avtomobilimiz bir neçə günə Gürcüstan-Türkiyə və dəniz vasitəsilə İtaliyaya çatıb.Oktyabrın 16-da Azərbaycana məxsus həmin yük avtomobili Roma yaxınlığında, magistral yolda qara maskalı və silahlı şəxslər tərəfindən basqına məruz qalıb. Basqın edən şəxslər avtomobilin sürücüsü Necati Serini döyərək əl qolunu bağlayıb, dəniz kənarına atıblar. Avtomobili içərisindəki yüklə birgə qaçırıblar. Basqınçılar avtomobildə olan GPS qurğusunu da götürüb küçəyə atıblar. Ağır vəziyyətdə olan sürücümüz möcüzə nəticəsində sağ qalıb, polis onu taparaq izahatını alıb. Lakin təəssüflər olsun ki, İtaliya polisi basqın edən şəxsləri, qaçırılan avtomobili hələ də tapa bilməyib. "

20:44 21.10.2015

Sabahki AzadlıqLive TV-də:

Azərbaycanda mitinqçi sayı mübahisələrini sonlandıracaq kompüter proqramı. Belə proqramı Florida Universitetinin professoru Mübarək Şah hazırlayıb

Exit-Poll nə vaxt düzü-düz, əyrini əyri göstərəcək?

Reseptlərdə dərman adı qadağan ediləcək? Məqsəd həkimlərlə dərman gətirən şirkətlərin iş birliyinə son qoymaqdır.

Sumgayıtda seçki sərgüzəştləri: - pulsuz namizəd kampaniyani necə qurur?

Davamı

XS
SM
MD
LG