Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:49
Səfər Əbiyev Pentaqonda
Səfər Əbiyev Pentaqonda

AzadliqLive -"MTN-də dedilər Səfər Əbiyevin üzünə dur"

Azərbaycanda və dünyada baş verən xəbərləri AzadliqLive-də izləyin

20:55 21.10.2015

Bu günki AzadlıqLive-da:

Namizədlər seçkidən niyə geri çəkilir?

MTN-nin 250 min istədiyi iş adamı danışır

MTN generallarının reketçi mediasının siyahısı hazırlanır

Yoxlamalar 2 illiyə dayandırılır: Yeni qanun sahibkarlar üçün hələ qaranlıq qalır

21:16 21.10.2015

MTN-nin 250 min istədiyi iş adamı danışır

AzPolitika.info-ya daxil olan məlumata görə, "MTN-dəki cinayətkar qrupun qurbanı olan iş adamından biri də Maqsud Mahmudov olub. Belə ki, bu ilin iyulun 4-də iş adamına zəng gəlib, MTN-nin Antiterror İdarəsinə gəlməsini tələb ediblər. İş adamı deyilən saatda nazirliyə gəlir, şəxsiyyət vəsiqəsini birinci mərtəbəyə təqdim edir. Daha sonra onu nazirliyin üçüncü mərtəbəsinə aparırlar. Biznesmeni burada özünü polkovnik Azər Mehdiyev kimi təqdim edən şəxs qarşılayır. İş adamı bura dəvət edilməsinin səbəbini soruşduqda, bu polkovnik ona terrorçu olduğunu deyib. Bildirib ki, "daima Ukraynaya gedib-gəlirsən, min oyundan çıxırsan."

Daha sonra polkovnik otağı tərk edir və 15 dəqiqədən sonra bir nəfərlə geri qayıdır, yanındakı şəxsi Antiterror İdarəsinin rəis müavini İlqar Əliyev kimi təqdim edir. İlqar Əliyev isə Maqsud Mahmudovu gördükdən sonra göstəriş verir ki, bu şəxsi dərhal uçota alsınlar. İş adamı nə etdiyini, hansı səbəbdən bura dəvət olunduğunun səbəbini soruşmağa cəhd edir. Bu zaman ona deyirlər ki, telefonu izlənilir, daima diqqətdədir, bilirlər ki, iş adamı olaraq güclü biznes fəaliyyəti göstərir, daima Ukraynaya gedib-gəlir. İş adamı bunların doğru və normal olduğunu bildirir, lakin cinayət etmədiyini xatırladır. Bu zaman ondan tələb olunur ki, 250 min manat versin. Bu an biznesmenin qan təzyiqi qalxır, durumu pisləşir. Amma buna baxmayaraq, ona deyilir ki, əgər 250 min manat gətirməsə, onu İŞİD-ın üzvü və ya narkobaron elan edəcəklər, özü isə bu ittihamı boynuna almalı olacaq. Biznesmen bu zaman 250 min manat olmadığını deyir və 3 saat orada saxlanılır. Ondan tələb olunur ki, 200 min manat versin. Lakin iş adamı bundan da imtina edir. Bu zaman iş adamı telefonla təmas qurduğu xanımla şantaj edilir, bildirilir ki, bu məsələ açıqlanacaq. Qeyd edilir ki, əgər bu baş versə, həm dostluq etdiyi xanımın valideynləri, həm də özünün ailə üzvləri bundan xəbər tutacaq.

Bundan sonra iş adamına deyilir ki, Səməd Vurğun küçəsi ilə İnqilab küçəsinin kəsişdiyi ərazidə obyekti var, onu satsın və məbləği gətirsin. İş adamı şantajın qurbanı olaraq həmin gün gecə ikən 600-700 min manat dəyərində olan obyektini 290 min manata satır və bunun 120 min manatını MTN-nin məlum şantajçı qrupuna verir. Ona Bakıdakı mülkləri və avtomobillərinin markalarını deyirlər və məsləhət görürlər ki, sussun, bu haqda heç vaxt danışmasın. Beləcə iş adamı şantajın qurbanı olaraq obyektini satmağa məcbur edilir. Alqı-satqı prosesi isə 14 saylı Notariat Kontorunda gerçəkləşdirilir.
Əldə etdiyimiz məlumata görə, hazırda iş adamının nümayəndəsi MTN-də baş verən son hadisələrlə bağlı aparılan istintaq orqanına müraciət edib.
Məsələ ilə əlaqədar iş adamı Maqsud Mahmudovun özü ilə əlaqə saxlamağa çalışdıq. Lakin iş adamının Bakıda olmadığını bildirdilər. Qeyd etdilər ki, bir ay bundan əvvəl biznesmen Ukraynaya gedib və nə zaman qayıdacağı bəlli deyil."

23:12 21.10.2015

Anası Günel Mövluddan imtina etdi

"Oğlanlarımın ikisi də əli qabarlı fəhlədir, onlar heç vaxt siyasətə qarışmayıblar", bunu jurnalist Günel Mövludun anası Şövkət Şəfiyeva bildirib.

BBC Azərbaycancaya danışan Şövkət Şəfiyeva deyib ki, oğlanları qızı Günel Mövludun "Meydan TV ilə əməkdaşlıq etməsinə görə" həbs olunub, buna görə də qızından imtina edir.

"Qızım Meydan TV-dən imtina etmirsə, mən ondan imtina edirəm", -Şövkət Şəfiyeva deyib

13:02 22.10.2015

«Seçkilərin monitorinqini aparmağa nə pul var, nə komanda...»

Bunu Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynov deyir.

Davamı

XS
SM
MD
LG