Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:49
Səfər Əbiyev Pentaqonda
Səfər Əbiyev Pentaqonda

AzadliqLive -"MTN-də dedilər Səfər Əbiyevin üzünə dur"

Azərbaycanda və dünyada baş verən xəbərləri AzadliqLive-də izləyin

14:37 22.10.2015

500 azərbaycanlı hacı xəstələnib

Bu il Azərbaycandan Həcc ziyarətinə getmiş zəvvarlardan bir çoxunda virus aşkarlanıb. Azərbaycandan olan Həcc missiyasının həkim briqadasının rəhbəri Həci Kitabullah Əkbərov apa-ya bildirib ki, zəvvarlar bu virusa Səudiyyə Ərəbistanında yoluxublar.

Bunun kəskin respiratorlu virus infeksiyası olduğunu deyən K. Əkbərov bildirib ki, xəstəliyin əlamətləri ağır öskürək, asqırma, iştahasızlıq, oynaq-əzələ ağrıları və sairdir: “Həccdən qayıdan 500-dən çox hacı bu virusun daşıyıcısıdır. Buna da səbəb onların orada düzgün pəhriz saxlamamaları, soyuq su içmələri və digər məsələlərdir”.

Bu il Azərbaycanda Həccə 2400 zəvvar gedib, onlardan 3-ü orada vəfat edib.

15:38 22.10.2015

Şair narkotik satır?

Şair Tofiq Həsənli qanunsuz olaraq külli mqidarda narkotik satmaqda şübhəli bilindiyinə görə saxlanılıb. Hazırda barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanıb, həbs qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna belə deyib.

Tofiq Həsənlinin ailəsi və dostları onun narkotikdən istifadə etməsi və ya satması haqda deyilənləri təkzib edir. Onun dindar olduğunu, Kərbəlanı ziyarət etdiyini etdiyini söyləyirlər.

Orxan Mansurzadə isə bu deyilənlərə belə münasibət bildirir: “Necə narkotikdən istifadə etməyib ki, 10 il bundan qabaq narkotikdən istifadəyə görə 2 il yarım azadlıqdan məhrum edilib. İndisə bu adam satışa görə saxlanılıb. Üzərindən də külli miqdarda tiryək çıxdığı bildirilir”.

15:49 22.10.2015

Saxta brauzer

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Elektron Təhlükəsizlik Mərkəzi (ETM) Azərbaycanın internet istifadəçilərinə növbəti dəfə xəbərdarlıq edib.

«Google Chrome» veb-brauzerini silib özünün saxta surətini kompüterə quraşdıran ziyanverici proqram - saxta brauzer aşkar olunub.

Təhlükəsizlik ekspertləri bildirirlər ki, istifadəçilərin «eFast Browser» adlandırılan saxta veb-brauzerlə «Chrome» arasındakı fərqi asanlıqla seçməsi mümkün deyil.

«Həmin saxta brauzer vasitəsilə bədniyyətli sizin daxil olduğunuz veb səhifələrdə icazəsiz reklamlar yerləşdirə, sizi saxta məzmunlu zərərli saytlara yönləndirə və internetdəki fəaliyyətinizi izləyə bilər».

16:53 22.10.2015

Səhiyyə Nazirliyi hacıların virusa yoluxmasını təkzib edir

Səhiyyə Nazirliyi bu il Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların təhlükəli virusa yoluxması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova azvision.az-a bildirib ki, Həcc ziyarətindən geri dönmüş və virusa yoluxmuş hər hansı bir şəxs qurum tərəfindən qeydə alınamyıb.
"Həmin şəxslər Həcc ziyarətinə getməmişdən öncə vaksinasiya olunurlar. Yəni virus kimi təqdim edilən həmin xəstəlik mövsümü xarakter daşıyır. Elə bir ciddi şey yoxdur. Yəni hacıların heç birində respirator xəstəlik qeydə alınmayıb", - nazirlik rəsmisi vurğulayıb.

Davamı

XS
SM
MD
LG