Tutulan 7 MTN əməkdaşının adı bildirildi
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində həbs qətimkan tədbiri seçilmiş 7 əməkdaşının adı məlum olub.
APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bunlar MTN Monitorinq Mərkəzinin rəisi Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev, Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, MTN Monitorinq Mərkəzinin əməkdaşları Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovdur.
İran Azərbaycan vətəndaşlarına viza müddətini artırdı
İran 58 ölkənin vətəndaşları üçün viza müddətini 30 günədək uzadıb. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu ölkələr arasında Azərbaycan da var.
Müvafiq qərar vizanı aeroportdan alan xarici turistlərə aiddir. Yeni qayadaya görə, turistlər müəyyən hallarda viza müddətini daha 15 gün artıra bilərlər.
Dəyişiklik diplomatik pasportlara malik şəxslərə, biznesmenlərə və jurnalistlərə aid deyil.
Həmçinin qeyd olunur ki, xarici turistlər İrana il ərzində bir neçə dəfə səfər edə bilər.
İlham Əliyev gömrüyü sadələşdirir
GömrükAzərbaycan prezidenti İlham Əliyev gömrükdə bəzi yoxlamaların sadələşdiriməsi haqda fərman imzalayıb. APA-nın məlumatına görə, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir.
Bu günki AzadlıqLive-da:
Cəmil Həsənli Amerika təşkilatının mükafatına layiq görüldü
Tutulan 7 MTN-çinin adı açıqlandı, əvvəlki adlardan fərqlidir
Satirik şair narkotik satır?