"Onun kəsdiyi başa sorğu-sual yox idi"
1999-2006-cı illərdə maliyyə naziri işləmiş Əvəz Ələkbərov Modern.az saytına Eldar Mahmudovla bağlı açıqlamalar verib.
Eks-nazir deyib: "Eldar Mahmudov nazir olandan sonra komandanın içində çaşqınlıq yaratdı. Camaatı bir-birinə vurdu. Öz maraqları çərçivəsində kimisə qabağa çəkdi, kiməsə zərbə vurdu, kimisə diz çökdürdü. O, hakimiyyətdə olduqca təsirli idi. Onun kəsdiyi başa sorğu-sual yox idi. Hamı ondan çəkinirdi. Çox hadisə olub. Hamısını deyə bilmərik axı. Sözü də deyəndə söz naminə yox, əsaslı demək lazımdır. Yeri gəlmişkən, Çingiz Abdullayevin yeni dedektiv romanlar yazması üçün mövzular var”.
Rus telekanalı Ukrayna siyasətçiləri barədə saxta məlumat yayıb
Rusiyanın «Zvezda» telekanalının saytı Ukrayna siyasətçiləri barədə bir məlumat yayıb. Guya baş nazir Arseniy Yatsenyuk Fransanın RFI (Radio France International) radiosuna müsahibəsində Yulia Tymoshenko-nu ona qarşı cinsi təcavüz etməkdə günahlandırıb.
Müsahibə götürən RFI-nin müxbiri Elena Servettaz-ın özü isə dərhal «Facebook»da bəyanat paylaşaraq bildirib ki, Ukraynanın baş naziri onunla seksdən danışmayıb.
İşsizlik bir cür dərddir, işləmək ayrı cür
Azərbaycanda iki tip işçi var: fəhlə və rəhbər. Fəhlə deyəndə tikintidə işləyənləri nəzərdə tutmuram. Məsələn, bankda əməliyyatçılar, kassirlər, kredit mütəxəssisləri, ticarət mərkəzində satıcılar, xadimələr fəhlə tipinə misal göstərilə bilər.
Bu fəhlələrin işi həm rəhbərlik, həm də ünsiyyətdə olduğu müştərilərdən söz götürmək, danlanmaq, alçaldılmaqdan ibarətdir. Onlar rəhbərliyin gözünə adi əşya kimi görünürlər; "o olmasın, bu olsun".
Sən nə qədər yaxşı işçi, fəhlə olsan belə, rəhbərlik istənilən vaxt səni, yəni fəhləni işdən çıxara, qova bilər; rəhbərliyin düşüncəsinə görə, sənin kimi fəhlələr küçədə doludur.
WizzAir qayıdır
Macarıstanın "WizzAir" aviaşirkəti gələn ilin mart ayından Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə aviareysləri bərpa edəcək.
Fins.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Arif Məmmədov məlumat verib. Onun sözlərinə görə, bununla bağlı müqavilə oktyabrın 28-də imzalanacaq. Bu məqsədlə "WizzAir" rəsmiləri gələn həftə Bakıya səfər edəcək.
Arif Məmmədov deyib ki, macar aviaşirkətinə Budapeştə uçuşları Qəbələdən yerinə yetirmək təklif olunsa da, onlar bunu qəbul etməyib. Bakıdan uçmaqda israr edib. Son nəticədə AZAL "WizzAir"lə razılaşıb.