Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:21

Bakıda metroya normal minmək mümkün olacaqmı?


Bakıda 8 ilə 50 metro stansiyası tikiləcək? 'Bu, mümkün deyil'
Gözlə

No media source currently available

0:00 0:05:29 0:00

Bakıda 8 ilə 50 metro stansiyası tikiləcək? 'Bu, mümkün deyil'

Son aylar Bakıda günün nəinki pik, əksər saatlarında metroya minməyin çətinləşməsi ilə bağlı şikayətlər eşidilir. Hər gün vaqonlarda böyük sıxlıq olur və hətta bəzən sərnişinlər üç-dörd vaqonu buraxmalı olurlar.

Son illər bir çox insanlar alternativ kimi taksilərdən istifadə edirdi. Amma bu il qanunvericiliyə edilən son dəyişikliklərlə bu növ nəqliyyatın qiymətində də artım müşahidə edilir. Taksi fəaliyyəti göstərmək üçün tələblər bir qədər sərtləşdirilib.

Bir qisim ekspertlər deyir ki, Bakı metrosu belə sıxlığa hazır deyil. Başqa bir qisim isə hesab edir ki, qatarlar arasında vaxt intervalı uzun olduğu üçün insan sıxlığı yaranır.

Metroda sərnişin sayında artım

Rəsmi məlumatlara görə, 2023-cü ilin doqquz ayında metropolitenin daşıdığı sərnişin sayı 156 milyon 790 min 534 sərnişin təşkil edib. Bu, 2019-cu ilə müqayisədə (koronovirus pandemiyasından əvvəl) 7.6 faiz az, 2022-ci illərin eyni dövrü ilə isə 6.9 faiz çoxdur.

"Bakı Metropoliteni" QSC Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovun "Turan"a bildirməsinə görə, insan sıxlığının əsas səbəbi odur ki, şəhər sürətlə böyüyür: "Şəhər meqapolisə çevriləndə artıq orada ictimai nəqliyyat məsələləri gündəmə gəlir. Şəhərdə tıxaclar yaranır, insanlar operativ hərəkət etmək istəyir. İctimai nəqliyyat növləri arasında tıxacsızı, ən problemsizi və ən sürətli işləyən, intervalları ən qısa olan nəqliyyat vasitəsi metropolitendir. Belə olan halda insanlar metroya üz tutur və sıxlıq yaranır".

25 dəqiqəlik yolu 1 saat yarıma? Bakının tıxac problemi
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

"Tədris başlayandan metroda sərnişin çox olur"

B.Məmmədov deyib ki, metroda sıxlıqlar bəlli istiqamətlərdə və bəlli vaxtlarda olur. Onun sözlərinə görə, metro sərnişinlərinin 25-30 faizi tələbə və müəllimlərdir: "Bu səbəbdən tədris mövsümü başlayandan metroda sərnişin daha çox olur. Sentyabrın 15-ə qədər olan dövrdə metropolitenin gündəlik orta statistik sərnişin daşması 542 min təşkil edib, 15-30 sentyabr dövründə isə bu rəqəm 759 mindən yuxarı olub. Dərsə gedən və dərsdən gələn vaxtlarda metroda sıxlıq yaranır".

QSC sözçüsü bildirib ki, hazırda qurumun mövcud texniki imkanları həddində ən optimal hərəkət qrafiki tətbiq olunur: "Bu gün Bakı metropoliteninin "28 May"-"Həzi Aslanov" sahəsində gur saatlarda intervalı iki dəqiqədən aşağı salmaq texniki baxımından qeyri-mümkündür. Dünyada mövcud qaydalara görə, hər bir xətt müstəqil fəaliyyət göstərməlidir. Bizdə isə "Yaşıl" və "Qırmızı" xətt "28 May" stansiyasında nəinki kəsişir, hətta birləşir və "Həzi Aslanov" stansiyasına qədər bir xətt kimi fəaliyyət göstərir. İntervalların rahat tənzimlənməsi, sərnişinlərin xətlər üzrə bərabər paylanması və daha çox daşınması üçün ən prioritet istiqamət xətlərin ayrılması layihəsidir".

"Bakıda 70-80 metro stansiyası olmalıdır"

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda metro şəbəkəsinin inkişafı çox zəif formada gedib: "Baxmayaraq ki, bununla bağlı ən yüksək səviyyədə göstərişlər verilir. Amma metro sanki yerində sayır. Danışdıranda isə deyirlər ki, imkanımız yoxdur, ziyana işləyirik...".

Ekspertin sözlərinə görə, başqa ölkələrlə müqayisədə bu gün Bakı kimi bir şəhərdə 30 yox, 70-80 və daha çox metro stansiyası olmalıdır: "Bakıda isə heç 30 stansiya hələ olmayıb. Bunun nəticəsində avtomobilləşmə sürətlə gedir. Yəni, bir növ ictimai nəqliyyatı bərbad günə qoyanlar, metronu inkişaf etdirməyənlər insanları məcbur etdi ki, gedin maşın alın və yaxud da taksiyə minin. Bakıda ortalama hesabla 5 milyon əhali yaşayır və bu 5 milyon əhaliyə 50 min taksi xidmət göstərir. Bu, çox böyük bir rəqəmdir. Əslində Bakı kimi şəhərə 10-12 min taksi kifayət edir".

Bakı metrosunun 50 il əvvəlki qatarları belə idi
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

"Ümid qalıb yerin altına"

E.Muradlı metronun inkişafını prioritet məsələ hesab edir: "Yerin üstünün hər yerini satıblar, hara baxırsan bina tikirlər. Ümid qalıb yerin altına. Yerin altında da problemlər çıxır. Planlı iş görmüş olsaydılar, vaxtında strategiyanı ortaya qoysaydılar, o zaman çıxış yolu tapılardı. Əvvəllər "Sarı" xətt, "Bənövşəyi" xətt üzrə iş planı qurublar, indi bunlar üzrə işə başlamaq istəyirlər, görürlər ki, həmin xətt üzrə beş-altı yekə bina tikilib".

Azərbaycanda metro yalnız Bakı şəhərində var. 1967-ci ildə fəaliyyətə başlayıb və hazırda onun 26 stansiyası mövcuddur.

XS
SM
MD
LG