Bu günki AzadlıqLive-da:
Cinayət Məcəlləsinə bu günki dəyişikliklər "mini amnistiyadır", - hüquqşünas Ərşad Hüseynov dəyişiklikləri belə qiymətləndirir
"Normal iş getsəydi, indi 17 yaşadək yığmanın yarısını xaricdən gətirməzdilər". Futbol+-un redaktoru Kənan Həsənov Azərbaycan yığmasının birinci oyunda Portuqaliyaya 0:5 uduzmasının səbəblərini izah edir
NYT: Birinci ledi və həbsdəki jurnalist
ABŞ-ın nüfuzlu “The New York Times” qəzeti mayın 6-da dərc olunmuş redaksiya məqaləsində “Birinci ledi və həbsdəki jurnalist”dən yazır. Söhbət Mehriban Əliyevadan və Xədicə ismayıldan gedir. Məqalə az sonra saytımızda olacaq
DİN bildirir ki, Mahir Cürət narkotikdən istifadəni etiraf edib
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə ANS-ə deyib ki, meyxanaçı Corat qəsəbəsində saxlanılan zaman onun üzərindən narkotik vasitə hesab olunan heroin çıxıb və Mahir Cürət də ilkin dindirilmə zamanı günahını etiraf edib:
“O, ilkin ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib".
Məhşur meyxanaçı barədə həbs qətimkan tədbiri seçilib.
Məğlub komandanı prezident izləmək istəmədi
Millinin oyununa "prezident öz xanımı, nəvələri ilə gəlmişdi. Oyunu izləyirdi. Bizim oyundakı jurnalistlərin müşahidələrinə görə, prezident birinci hissədən sonra çıxıb gedib, heç ikinci hissəyə baxmayıb."
Mayın 5-də Bakıda 17 yaşadək gənclər arasında futbol üzrə Avropa Çempionatının final mərhələsi başlayıb.
Bakı Olimpiya Stadionunda çempionatın təntənəli açılışından sonra A qrupunda yer alan Azərbaycan yığması Portuqaliya millisinə 5:0 hesabı ilə məğlub oldu. Ətraflı axşam saat 8-də AzadlıqLive-da