Kim yalan deyir?
«Azadlıq» qəzetində «Əliyev yalan deyir, yoxsa ona məlumat verənlər» başlıqlı məqalə dərc edilib.
Məqalədə qeyd edilir ki, hökumət rəsmiləri əhalinin yaşayışı, ölkənin iqtisadi vəziyyəti ilə bağlı həqiqətləri açıqlamırlar. Müəllif prezident İlham Əliyevin bu günlər Ağsu rayonuna səfərini və orada mərkəzi xəstəxananın yeni binasının açılışında iştirakını yada salır: «Bu dəfə isə ölkə başçısı elə bir rəqəmə istinad edib ki, adamın tükləri biz-biz durur." Media icmalı
Yeni pilotsuz aparat fermerlərə kömək edəcək
Sürixin Ali texniki məktəbinin mühəndisləri herikopter kimi qalxıb enən və təyyarə kimi uça bilən pilotsuz uçan aparat düzəldiblər. Mühəndislər deyirlər ki, onların ərsəyə gətirdikləri hibrid dron, Wingtra 1 özündə iki növ dronun üstünlüklərini cəmləşdirib.
HRW Azərbaycanla bağlı Asiya İnkişaf Bankına müraciət edir
«Azərbaycanda və Özbəkistanda iştirakçılılığı, hesabatlılığı dəstəkləyin». Bu çağırışla «Human Rights Watch» hüquq müdafiə təşkilatı, «Cotton Campaign» (Pambıq Kampaniyası) və «Urgewald» qrupu birlikdə çıxış ediblər. Onlar Aşıya İnkişaf Bankına müraciətlərində Bankı və səhmdar ölkələri çağırırlar ki, yoxsulluq içində yaşayanların baxışlarını nəzərə alsınlar.
«Bu, özəlliklə, Özbəkistan və Azərbaycan kimi repressiv ölkələrdə vacibdir», - bəyanatda deyilir.
Problemli kreditlərin xüsusi çəkisi - 20 faiz
Azərbaycanın bank sektorunda problemli kreditlərin xüsusi çəkisi 20 faiz səviyyəsində qiymətləndirilir.
APA bunu «Moody's» beynəlxalq reytinq agentliyinin hesabatına istinadən yayıb.