ARKA agentliyi: Hökumət Dağlıq Qarabağın tanınması məsələsinə baxacaq
Ermənistan hökuməti növbəti iclasının gündəliyinə Dağlıq Qarabağın Ermənistan tərəfindən tanınması məsləsini salıb. Bunu Ermənistanın ARKA xəbər agentliyi bildirir.
İclas mayın 5-də olacaq. Gündəlik hökumətin rəsmi saytındadır. Qanun layihəsinin müəllifləri deputatlar Zarui Postanjan və keçmiş baş nazir Grant Bagratyandır.
Məsələni xarici işlər naziri Edvard Nalbanyan təqdim edəcək.
Azərbaycan 13 ilə 73 milyard dollar qazanıb
Azərbaycan hökuməti 2003-cü ildən mədən sənayesindən 73 mlrd. əldə edib.
Bunu Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leshshenko bildirib.
Dağlıq Qarabağ: BBC-nin cəbhənin Azərbaycan tərəfindən reportajı
Azərbyacn XİN-in təşkilatçılığı ilə bu günlərdə 45 xarici və yerli jurnalist cəbhə bölgəsində oldu. İndi BBC-nin müxbiri Tom Burridge-in həmin səfərdən reportajı çıxıb. O yazır: " Azərbaycan hökümətinin cəbhə xəttinə təşkil etdiyi səyahət zamanı bizə və başqa jurnalistlərə bir neçə kəndə və iki hospitala baş çəkmək, yanmış binaların şahidi olmaq, yaralılarla və həlak olanların qohumları ilə görüşmək imkanı yaradıldı. Əlində qardaşı Familin şəklini tutan Qənbər Mustafayev qohumları həlak olmuş digər üç nəfərlə avtobumuzun dayandığı yerdə bizi gözləyirdi."Mənim qardaşım öz evində həlak olub", "O, Vətən uğrunda həlak olub, mən də buna hazıram".
Cəbhəyanı bölgələrə ezamiyyətimizi hökümət planlaşdırsa da, yerli insanlar arasında Ermənistana münasibətdə gerçək və dərin düşmənçilik hissinin olduğu görünürdü."
"Panama Kağızları" ilə bağlı Ermənistanda istintaq başlandı
Ermənistanın istintaq komitəsi "Panama Kağızları" adlı ofşor qalmaqalına görə cinayət işi açıb.
Cinayət işi vəzifəli şəxsin qanunsuz biznes fəaliyyəti ilə məşğul olması ilə bağlıdır. O səsnədlərdə adı hallanan erməni general, Məhkəmə Qərarlarının İcbari İcrası Xidmətinin rəhbəri istefa vermişdi.