Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:22

Erməni Lobbisi ABŞ-ı Azərbaycan-İsrail sövdələşməsini dayandırmağa çağırır


"Dəmir günbəz" raket sistemi
"Dəmir günbəz" raket sistemi

ABŞ-dakı erməni “Ay Dat” komitəsi ABŞ Dövlət Departamentini İsrailin Azərbaycana raket əleyhinə müdafiə sistemi satmaq planı və bununla ABŞ texnologiyasının 3-cü ölkəyə verilməsinə qarşı çıxmağa çağırıb.

Bu barədə AzadlıqRadiosunun Ermənistan xidməti məlumat yayıb.

Söhbət ”Dəmir günbəz” sistemindən gedir.

Komitənin fevralın 13-də Dövlət Departamentinin hərbi-siyasi məsələlər üzrə bürosuna göndərdiyi məktubda deyilir ki, bu cür sövdələşmə ABŞ-ın regiondakı maraqlarına zərbə vurur və silahların yayılması riskini yaradır.

“Bu, regional münaqişlər riskini artırmaq, sülh prosesini geriləmək və müasir texnologiyaların ABŞ əleyhinə qüvvələrin əlinə keçməsinə imkan yaratmaqla, ABŞ-ın maraqlarını təhlükə altında qoyur”,deyə müraciətdə bildirilir.

Bundan başqa komitə, informasiya azadlığı çərçivəsində Azərbaycana satışla bağlı rəsmi protokollarla tanış olmaq istəyini bildirib.

“İlham Əliyevin əlində ilk zərbə üçün nəzərdə tutulan “Dəmir günbəz” silahının olması, yalnız onun təcavüzünün artmasına xidmət edəcək”, komitənin Vaşinqton ofisinin icraçı direktoru Aram Ambaryan vurğulayıb.

Onun sözlərinə görə, bu sövdələşməyə yaşıl işıq vermək, ABŞ və ATƏT-dəki tərəfdaşların sülh və silahların yayılmaması yönündə səylərini təhlükə altında qoyacaq.

"Dəmir günbəz" raket kompleksi
"Dəmir günbəz" raket kompleksi

Komitə bildirir ki, Azərbaycana belə bir sistem satılması ilə bağlı məlumat, ötən ilin dekabrında İsrailin baş naziri Benjamin Netanyahu və Azərbaycan prezidenti İlham Əliyevin görüşündən sonra yayılıb.

Məlumatda bildirilir ki, “Dəmir günbəz” sistemi üçün birgə “Tamir” raketi istehsalı üzrə müqaviləni 2014-cü ildə ABŞ-ın “Raytheon” şirkəti udub.

Və belə halda, ABŞ 2014-cü il mayın 3-də İsraillə imzalanmış razılaşma əsasında 3-cü ölkəyə ABŞ texnologiyaları, o cümlədən “Dəmir günbəz” sistemləri satılmasını qadağan edə bilər.

Qeyd edək ki, Azərbaycan ötən il Yerevanda Rusiya istehsalı olan “İskander” raketlərinin nümayişindən sonra, erməni işğalında olan torpaqlarını azad etmək üçün hərbi gücünü artırmaqda davam edəcəyini bəyan edib.

Yerevanda "İskander" raketləri
Yerevanda "İskander" raketləri

Bundan sonra, ötən ilin dekabrında Azərbaycan Müdafiə Nazirliyi ilə İsrailin müvafiq qurumu arasında “Dəmir günbəz” Raket Hücumundan Müdafiə Sisteminin alınmasına dair razılaşma əldə olunduğu bildirilib.

70 kilometrlik hədəfi vura bilən “Dəmir günbəz” sistemi, əsasən idarə edilməyən taktiki raketlərdən müdafiə üçün nəzərdə tutulur.

XS
SM
MD
LG