Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:57

Deputat: 'Əgər saytlar tənqidə görə bloklanırsa...'


E.Şıxlı
E.Şıxlı

«Saytların bloklanması əsaslı deyil. Nəinki əsaslı deyil, bunun baş verməsi özü hüquqi nonsensdir».

Bunu Azərbaycan Jurnalistlər Birliyinin sədri, Ayna.az saytının rəhbəri Elçin Şıxlı bildirib.

O deyib ki, bu, səbəbi və nəticəsi bəlli olmayan bir prosesdir.

«Amma nədirsə informasiya məkanında təmizləmə prosesi gedir. Bu təmizləməni kimlərin və nə üçün apardığı məlum deyil. Ən azı mən bu suala cavab verməkdə çətinlik çəkirəm», - E.Şıxlı bildirib.

E.Şıxlı MDB məkanında eyni proseslərin Belarusda da baş verdiyini söyləyib.

Deputat Fərəc Quliyev isə deyib ki, əgər saytda dövlət maraqlarına zidd, məmurlarla bağlı böhtan, iftira xarakterli yazılar olarsa, bunu etmək olar. Amma deputat vurğulayıb ki, sayt təkcə tənqidə görə bloklanırsa, bu, düzgün deyil: «Cəmiyyətdə baş verən neqativlər barədə yazmaq lazımdır, buna qarşı dayanmaq isə cəmiyyəti inkişafdan saxlaya bilər».

Xatırlatma

Avqustun 7-də Səbail Rayon Məhkəməsi az24saat.org saytının bloklanması barədə qərar qəbul edib. Bir gün sonra, avqustun 8-də də xural.comarqument.az saytlarının bloklanması ilə bağlı qərarlar verilib.

Qərarlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında çıxarılıb. Onlar böhtan yaymaqda ittiham edilirlər.

Saytların rəhbərliyi iddiaları qəbul etmir.

Azərbaycanda iyul ayında isə daha bir neçə sayta giriş bloklanmışdı.

Ölkədə saytların bloklanması 2017-ci ilin martından başlanıb. Heç bir xəbərdarlıq edilmədən AzadlıqRadiosunun azadliq.org, «Azadlıq» qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və «Azərbaycan saatı» televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb. Yalnız 2017-ci ilin mayın 12-də Səbail Rayon Məhkəməsi bu saytlara girişin bloklanması ilə bağlı qərar qəbul edib.

Məhkəmə iddiasında həmin saytlar dövlətin maraq və təhlükəsizliyinə zidd bir sıra yazılar verilməsində günahlandırılıblar. Ancaq müdafiə tərəfi iddiaları əsasız sayıb.

XS
SM
MD
LG