Yazıçı Zaxar Prilepin, rejissor Karen Şaxnazarov və Ümumrusiya kazak cəmiyyətinin atamanı Nikolay Doluda Konstitusiya dəyişiklikləri ilə bağlı içşi qrupun tərkibinə daxil ediliblər.
Fərman Kremlin saytında yerləşdirilib.
Ümumilikdə işçi qrupun tərkibinə 75 siyasi və ictimai xadim daxil edilib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin yanvarın15-də Federal məclisə illik müraciətində ölkə konstitusiyasına bir sıra düzəlişlər edilməsini təklif edib.
Bu təkliflərdə xüsusilə hakimiyyət səlahiyyətlərinin prezidentlə parlament arasında bölüşdürülməsi nəzərdə tutulur.
Vladimir Putin bu təkliflərin ümumxalq səsverməsinə çıxarılmasını təklif edib.
Qeyd edək ki, Putinin bu təkliflərindən dərhal sonra hökumət istefa verdi.