Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:17

Ya bakirə ol, ya öl...


►Bəyin ailəsi toy gecəsindən “üzüqara” çıxan gəlinin əvəzinə onun bacısını tələb edə bilər

Bəzi əfqan qadınlar üçün evliliyin ilk sınağından çıxmamaq ömür boyu sürən təhqir, həbsxana, yaxud da ölüm deməkdir.

Əfqanıstanda adət-ənənə tələb edir ki, gəlinlər bakirə olsunlar və bunu sübut etsinlər.

Adının çəkilməsini istəməyən bir əfqan qadın deyir ki, Əfqanıstanın bəzi yerlərində hələ də bəyin qohumlarının toyun səhəri günü yataqda qan ləkəsi axtarması adəti qalmaqdadır.

Qadının nikahdan kənar cinsi əlaqədə ittiham edilməsininsə çox ağır nəticələri ola bilər. Belə ki, namusu ləkələnmiş ailə “üzüqara” gəlinin əvəzinə onun bacısını tələb edə bilər. Əfqanıstanda bakirə çıxmayan gəlinlər hətta həbs oluna bilər. Bundan başqa onların təhqir edilməsi barədə çoxlu sayda dəhşətli hekayətlər mövcuddur.

Əfqan qadın deyir ki, bəzi hallarda qadının burnunu və qulaqlarını kəsirlər:

“Onlara çirkli paltar geydirib valideynlərinin evinə göndərirlər. Onların başları qırxılır. Bəzən isə gəlini sadəcə olaraq öldürüb valideynlərinə meyitini verirlər.”

Əfqanıstanda bu mövzu tabudur, amma nikahdan əvvəl cinsi əlaqədə olmaqda ittiham olunan əfqan qadınların ictimai şəkildə cəzalandırılması hallarının son zamanlar artması mövzunun açılmasına səbəb olub.

Ərdoğan: "İŞİD-dən Rusiyanın özü neft alır"

AĞIR CƏZALAR

Noyabrın sonunda Ğor əyalətində evdən qaçmaqda ittiham olunan 26 yaşlı əfqan qadın ictimai şəkildə şallaqlanıb. O, aldığı yaralardan dünyasını dəyişib.

Oktyabr ayında isə eyni əyalətdə evlilikdən əvvəl cinsi əlaqədə olmaqda ittiham edilən 19 yaşlı qız Taliban silahlıları tərəfindən ölənə qədər daşa basılıb. (Ardı aşağıda)

Avqust ayında yenə Ğor əyalətində nikahdan kənar cinsi əlaqədə olmaqda ittiham edilən cütlük ictimai şəkildə şallaqlanıb.

Çox vaxt həmin cəzaların arxasında qadının öz ailəsi durur. Ailəsi ondan imtina edə, yaxud da onu cəzalandırılmaq üçün hüquq-mühafizə orqanına təhvil verə bilər. Ən pis halda isə namus qətlini qadının öz ailəsi icra edir.

Hətta toydan əvvəl belə nişanlı qızlar zorla “bakirəlik müayinəsinə” məruz qala bilər. Bu zaman dövlət klinikalarında həkimlər qadının qızlıq pərdəsinin yerində olub-olmadığını yoxlayırlar.

Beynəlxalq insan hüquqları qurumları iddia edirlər ki, bu müayinələr beynəlxalq hüquqa ziddir, üstəlik də qadının cinsi həyat tarixçəsini müəyyən etmək imkanı vermir.

Buna da bax: "Yardım üçün gedirəm, üstümə cumurlar"

MƏCƏLLƏDƏ BELƏ MADDƏ YOXDU...

Kabuldan olan həkim Terena Yadgaari də deyir ki, bakirəlik müayinələri tibbi cəhətdən etibarlı deyil. Onun sözlərinə görə, təkcə paytaxtın dövlət klinikalarında hər il onlarla belə müayinə aparılır.

Maraqlı məqamlardan biri odur ki, Əfqanıstanın cinayət məcəlləsinə görə, zina və evdən qaçma kimi hərəkətlər cinayət sayılmır. Amma buna rəğmən, yüzlərlə qadın və qız dini mühafizəkarların dominantlıq etdiyi məhkəmələr tərəfindən “əxlaqsızlıqda” ittiham olunaraq həbsxanaya salınır.

Əfqanıstanın konstitusiyasında deyilir ki, “heç bir qanun müqəddəs İslam dininin inanc və müddəalarına zidd ola bilməz”. Buna bənzər qaydalar konstitusiyanın daha dünyəvi müddəaları ilə ziddiyyət təşkil edir.

Taliban silahlılarının müəyyən nüfuza malik olduğu bəzi kənd ərazilərində sakinlər çox zaman hökumət strukturlarını etibarsız və korrupsiyalaşmış sayaraq mübahisələrinin həlli üçün Taliban məhkəmələrinə üz tuturlar.

Taliban məhkəmələri isə şəriət qaydalarını sərt şəkildə təfsir edərək zina etmiş kişi və qadınları ölüm, yaxud da ictimai şəkildə şallaqlama cəzasına məhkum edir.

Buna da bax

Əfqanıstanda Quran yandırdığı deyilən qadın döyülərək öldürülüb- [video]
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

XS
SM
MD
LG