Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:36

“Ramiz Mehdiyev siyahıya kimi salacaqsa...”


Rəşad Məcid
Rəşad Məcid

►Əfv Komissiyasının yeni üzvləri həbsdəki jurnalistlərin və hüquq müdafiəçilərinin məsələsini də qaldıracaqlarını deyirlər

Fevralın 19-da prezident İlham Əliyevin Əfv Komissiyasının yeni tərkibini təsdiqlədi.

İndi Yazıçılar Birliyinin katibi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid və Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, keçmiş millət vəkili Əliməmməd Nuriyev də komissiyadadır.

“Həmişə dediyimiz fikirləri təkrarlayacağıq”

Rəşad Məcid AzadlıqRadiosuna deyir ki, təyinat onun üçün gözlənilməz olub.

O, komissiyanın üzvü kimi həbsdəki media nümayəndələrinin əfvi məsələsini də qaldıracağını da bildirir:

“Əfv məsələlərinə həmişə istər mediada, istər ictimai fikirdə həssaslıqla yanaşılıb. Adamlar həmişə öz yaxın adamlarını, ictimai fəal şəxslərin adlarını axtarırlar. Hər halda, ictimaiyyətin fikrini də bu komissiyanın iclaslarında səsləndirmək imkanlarımız olacaq. Mən komissiyada Yazıçılar Birliyinin katibi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü kimi təmsil olunuram. Şübhəsiz ki, orda bu məsələlərlə bağlı da fikrilərimizi deyəcəyik. Ancaq indi nəsə deməyim hələ tezdir. Çünki iclaslar olmalıdır, iştirak etməliyik, ümumi mühitə baxaq. Qalanı da ki, əlbəttə, həmişə dediyimiz fikirləri orda da təkrarlayacağıq”.

“Əvvəlki işimiz davam edəcək”

Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev

Komissiyanın yeni təyin edilmiş başqa bir üzvü, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bu təyinatı prezidentin ona və vətəndaş cəmiyyətinə göstərdiyi etimad kimi qiymətləndirir. O, həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin azad olunması ilə bağlı deyir ki, İnsan Hüquqları üzrə İşçi Qrupun üzvü olanda da bu məsələləri gündəmə gətirib:

“Digər həmkarlarımla birlikdə müraciətlər hazırlayırdıq. İstər vətəndaş cəmiyyəti üzvləri olsun, istər digər məhkumlar, onların hər biri ilə görüşürdük. Təbii ki, səlahiyyətlər çərçivəsində, bütün məsələlərə diqqətlə yanaşacağıq. Bu davam edəcək”.

Yeni üzvlər Əfv Komissiyanın ilk iclasının nə vaxt keçiriləcəyi haqda məlumatsız olduqlarını bildirdilər.

______________________________________________________________

Bunlara da bax:

______________________________________________________________

“Bura Azərbaycandır”

Arzu Abdullayeva
Arzu Abdullayeva

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri, hüquq müdafiəçisi Arzu Abdullayevanın fikrincə, komissiyada kimin təmsil olunmasına baxmayaraq, qərarı prezident və komissiya sədri verir:

“Bura Azərbaycandır. Prezident və komissiyanın sədri Ramiz Mehdiyev siyahıya kimi salacaqsa, kimi əlavə edəcəksə, ya da adını pozacaqsa, o da olacaq. Ancaq bu, bəzi üzvlərin səylərindən də asılıdır. Əliməmməd Nuriyev ondan asılı məsələlərə kömək edir. İşgəncələrin qarşısını almaq, həbsxanalara baş çəkməyi nəzərdə tuturam. Ancaq komissiyada nazirlər təmsil olunur. Onların qərəzli olub-olmaması barəsində çox böyük suallar var. Əgər prokurorluq şəxs haqda iş istəyib, yaxud Daxili İşlər Nazirliyinin işçiləri kimisə həbs edibsə, onların qərəzli olub-olmaması sual doğurur. Bu, kimlərisə qıcıqlandıra da bilər. Ancaq biz istəyirik ki, Azərbaycan ədalətli, hüquqi dövlət olsun”.

Müzəffər Baxış
Müzəffər Baxış

Hüquqi Dövlət Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov da komissiyanın tərkibinin dəyişməsini yaxşı hal hesab edir. Onun fikrincə, hər bir halda yeni qüvvə və insanların gəlməyi yaxşıdır və bəzən komissiya üzvlərinin də mövqeyi nəzərə alınır.

Hakimiyyət təmsilçilərinin qətiyyətlə təkzib etməsinə baxmayaraq, beynəlxalq və yerli hüquq müdafiəçiləri ölkədə 100-dək ictimai fəalın, jurnalistin, siyasətçinin siyasi motivlərlə həbsdə yatdığını bildirir. Elə ötən il dekabrın sonunda verilmiş əfv sərəncamı cəmiyyətdə birmənalı qarşılanmadı. Siyahıya bircə siyasi məhbusun belə salınmaması elə prezidentə əfv təklifi verən hüquq müdafiəçilərinin də qınağına səbəb oldu. AzadlıqRadiosuna danışan bəzi məhbus ailələri, özəlliklə, NİDA vətəndaş hərəkatından həbsdə olanların valideynləri övladlarının azadlığa çıxacağına böyük ümidləri olduğunu deyirdilər.

Buna da bax...

Bakıda dəmir parçası yoldan keçən iki qadının başına düşüb
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

XS
SM
MD
LG