Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 14:32

Erdoğan: ‘Paşinyandan müsbət siqnallar gəlir...’


Türkiyə prezidenti Recep Tayyip Erdoğan
Türkiyə prezidenti Recep Tayyip Erdoğan

Türkiyə lideri bu bəyanatı ABŞ-dan qayıdarkən təyyarədə Türkiyə jurnalistlərinin suallarını cavablandırarkən verib

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Ermənistanın baş naziri Nikol Paşinyandan müsbət siqnallar aldığını bildirib.

Sabah.com saytı yazır ki, Türkiyə lideri bu bəyanatı ABŞ-dan qayıdarkən təyyarədə Türkiyə jurnalistlərinin suallarını cavablandırarkən verib:

“Bizim beşli və ya altılı platforma dediyimiz bir məsələ vardı. Hazırda bu məsələ ilə bağlı da Paşinyandan müsbət siqnallar gəlir. İndi biz də bu müsbət siqnallarla bağlı bəzi addımlar atacağıq. Yəni inşaallah bölgəni sülh mənasında yaxşı bir nöqtəyə çatdırmaq fürsəti qazanmış olacağıq”.

Türkiyə prezidenti əlavə edib ki, onun bu ayın sonunda Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə görüşündə bu məsələ də müzakirə olunacaq və beləlikə, “Türkiyə-Rusiya münasibətlərində daha güclü, çox daha fərqli bir mərhələ başlanacaq”.

Əliyev “istədiyi rahatlıqla”

Erdoğan deyib ki, Azərbaycan prezidenti İlham Əliyev də “istədiyi rahatlıqla” Putinlə görüşür və danışır.

Türkiyə prezidenti habelə Türkiyə-Naxçıvan və Azərbaycanı birləşdirəcək dəhlizdən də söz açıb:

“Təbii ki, çox daha önəmlisi, indi atdığımız addımlarla biz İğdırdan Azərbaycana gedən yolu çəkəcəyik. Bura dəmir yolu da daxildir. Bu yolun çəkilməsi çox önəmli bir addım olacaq”.

Bundan bir neçə gün əvvəl Erdoğan Ermənistan baş nazirinin onunla görüşmək istədiyini Gürcüstan prezidenti vasitəsilə ona çatdırdığını demişdi.

O vaxt Türkiyə prezidenti bildirmişdi ki, əgər Paşinyan istəyində səmimidirsə, “konstruktiv addımlar” atmalıdır.

XS
SM
MD
LG