Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:59

Ermənistan və Azərbaycan Dubayda məxfi əlaqədə olub?


Keçmiş nazir Artur Vanetsyan, Daşnaksutyun partiyasının ali orqanının nümayəndəsi İşxan Saqateyan, “Vətənin xilası” keçid hərəkatının başçısı Vazgen Manukyan (soldan sağa) mitinqdə
Keçmiş nazir Artur Vanetsyan, Daşnaksutyun partiyasının ali orqanının nümayəndəsi İşxan Saqateyan, “Vətənin xilası” keçid hərəkatının başçısı Vazgen Manukyan (soldan sağa) mitinqdə

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, Yerevanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən daha bir mitinq başa çatıb.

Bu mitinqdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş başçısı, “Vətən” partiyasının sədri Artur Vanetsyan, Daşnaksutyun partiyasının ali orqanının nümayəndəsi İşxan Saqateyan, “Vətənin xilası” keçid hərəkatının başçısı Vazgen Manukyan çıxış ediblər.

Manukyan deyib ki, onlar Ermənistanın yenidən qüdrətli dövlət olması üçün əllərindən gələni edəcəklər:

“Biz yenidən ayağa qalxacaq, regionun ən güclü və ən nüfuzlu ölkəsi olacaq, gələcək nəsillərimiz üçün firavan və xoşbəxt həyatı təmin edəcəyik. Biz onilliklərlə uğrunda mübarizə apardığımız hər şeyi həyata keçirməliyik”.

“Xalq, sən razısanmı ki?..”

Artur Vanetsyansa deyib ki, etirazçıların sayı gündən-günə artır və yeganə məqsəd vətəni məhv olmaqdan xilas etməkdir:

“Xalq, sən razısanmı ki, bizim ölkəmizin başçısı satqın Nikol olsun. Biz kreslosundan möhkəm yapışan Nikolu çox tezliklə hökumət binasından qovacağıq və o Erməni xalqı qarşısında cavab verməli olacaq”.

İşxan Saqatelyan bəyan edib ki, “bu müharibədə erməni zabit, erməni əsgər məğlub olmayıb”.

Daşnak Saqatelyan bildirib ki, müharibədə Nikol Paşinyan məğlub olub.

O vəd edib ki, Erməni xalqı “Yeni ili Nikolsuz qarşılayacaq”.

Sarkisyanın kürəkəni Facebook-da yazıb

Bu arada Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni, ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyan Facebook-da yazdığı postda iddia edib ki, 2018-ci ilin oktyabrında, o vaxtlar Ermənistanın milli təhlükəsizlik naziri olan Artur Vanetsyan Dubayda “Azərbaycan milli təhlükəsizlik xidmətinin başçısı ilə” Dubayda görüşüb və o içərisində Ermənistan baş nazirinə təklif olan zərfi Vanetsyana ötürüb.

Minasyanın iddiasına görə, həmin məktubda Dağlıq Qarabağa bitişik 7 rayonun 5 milyard dollar müqabilində Azərbaycana verilməsi təklif olunurdu.

Paşinyan Azərbaycan və Türkiyə ilə ortaq dil tapmağa çağırır, reallaşa bilərmi?
Gözlə

No media source currently available

0:00 0:04:42 0:00

Vaxtı çatanda

Dekabrın 15-də keçirilən mitinqdən sonra Artur Vanetsyan jurnalistlərin bu barədə sualına cavab verib:

“Mən bu suala birmənalı cavab verməyəcəyəm, çünki milli təhlükəsizlik xidmətinin başçısı olduğum dövrdə məndə olan informasiyanı açıqlamağı düzgün saymıram. Mən, bu informasiyanı nə vaxt və hansı həcmdə və hansı şəraitdə açıqlamaq barədə qərar qəbul edəcəyəm”.

Vanetsyan daha sonra deyib:

“Mən MTX-nin direktoru qismində Nikol Paşinyanla Azərbaycan prezidenti arasında operativ əlaqəni təmin edirdim. Bu barədə çox deyilib. Çoxlu görüşlər olub və o cümlədən də Dubay şəhərində. Bu görüşlər barədə Milli Təhlükəsizlik Şurasının üzvlərinə məlumat verilib. Bu məsələlər şuranın iclaslarında müzakirə olunub. Bundan başqa heç nə deyə bilmərəm”.

XS
SM
MD
LG