Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 06:34

Modul tipli sutəmizləyici qurğulardan imtina edilməlidir-Palata


Dizə çıxan zibil: Yandırılır, basdırılır, bircə lazım olan iş görülmür
Gözlə

No media source currently available

0:00 0:13:57 0:00

Dizə çıxan zibil: Yandırılır, basdırılır, bircə lazım olan iş görülmür

Hesablama Palatası Azərbaycanda ətraf mühitin mühafizəsi ilə bağlı xərcləmələri araşdırıb. Bu araşdırmada indi ölkədə ətraf mühitin qorunması sahəsində yaşanan əsas çətinliklər də açıqlanıb. Çətinliklər arasında:

- iqlim dəyişikliyi, qlobal istiləşmə;

- su ehtiyatlarının məhdudluğu;

- təbii sərvətlərdən səmərəsiz istifadə;

- meşə ilə örtülü ərazilərə qanunsuz müdaxilələr;

- təbii və antropogen təsirlər nəticəsindəki yanğınlar;

- su mənbələrinin çirkləndirilməsi;

- qlobal və regional ekoloji təsirlər və əhalinin ekoloji bilik səviyyəsinin yetərsizliyi ayrıca vurğulanıb.

Palatanın araşdırmasında bildirilir ki, Azərbaycanda tullantıların çoxalması, daşınması və utilizasiyası problemlərinin ekoloji tarazlığa mənfi təsirləri son dövrlər getdikcə artmaqdadır. Ölkənin bir çox şəhər və rayon kənarlarında bəsit tullantı poliqonları yaranıb. Bu, çevrə və torpağı çirkləndirməklə yanaşı, insan sağlamlığına da təhlükə yarada bilən xəstəlik qaynaqlarını artırır. Bu üzdən, hökumət tullantıların daşınma və utilizasiya sistemini qurmalıdır. Tullantıların düzgün idarə edilməsi bu tullantılardan elektrik enerjisi əldə etmək imkanı da yarada bilər.

Hesablama Palatası alternativ enerji sahəsindəki kadr təminatına da diqqət çəkir. Son illər Azərbaycanda bu sahəyə dair inkişaf sənədləri hazırlansa və yatırımlar edilsə də, kadr hazırlığı aparılmır. Bu baxımdan, Hesablama Palatası bildirib ki, ölkədə alternativ enerji sahəsində kadr hazırlığına başlanılması və uyğun təhsil ocaqlarında ixtisasların yaradılmasına ehtiyac var. Alternativ enerji sahəsindəki digər bir çatışmazlıq da ölkənin bütün ərazisində alternativ enerji resursları potensialının tam qiymətləndirilməməsidir.

İri fermerlərə yaşıl işıq, kiçiklərə köhnə qurğu, susuz sahə
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

Çayların 90 faizi quruyur

Son illər Azərbaycanda ən çox dartışılan problemlərdən biri də su çatışmazlığıdır. Hesablama Palatasının araşdırmasında da bu məsələyə toxunulub. Azərbaycanda mövcud olan 8 min 500 çayın 90 faizi yayda kənd təsərrüfatı bitkilərinin suvarılmasına tələbat artdıqda tam quruyur. Bu hal çay məcralarında su anbarlarının yaradılmasını zəruri edir. Hesablama Palatasının araşdırmasına görə, ölkədəki su anbarlarının toplam tutumu 21.5 milyard kubmetrdir. Bu tutumun istifadə edilən hissəsi isə 12.5 milyard kubmetrdir. Başqa deyimlə, hazırda su anbarlarının toplam tutumunun 58.1 faizi doludur. Su anbarlarının tutumunun, az qala, yarısının boş qalmasının əsas səbəbi ölkədəki su yetərsizliyidir.

Araşdırmada diqqət çəkilən daha bir məqam Azərbaycandakı su ehtiyatlarının böyük hissəsinin ölkədən kənarda formalaşması ilə bağlıdır. Hazırda mövcud su ehtiyatlarının 70 faizə qədəri ölkədən kənarda olan su mənbələri hesabına formalaşır. Azərbaycanda içməli su kimi istifadə edilən Kür, Araz və digər çay sularını, əsasən, qonşu ölkələr tərəfindən çirkab və sənaye tullantılarının (kimyəvi çirkləndiricilər, mədən sənayesinin tullantıları, pestisidlər, zəhərli qaz tullantıları, tozlar və s.) təmizlənmədən su hövzələrinə axıdılması çirkləndirir. Bu üzdən, qonşu ölkələrdə çirkab sularının su hövzələrinə axıdılmasının önünü kəsmək üçün regional səviyyədə əməkdaşlıq təşəbbüsləri artırılmalı, bu sahədə beynəlxalq konvensiyaların tələblərinə əməl edilməli və nəzarət gücləndirilməlidir.

Hazırda Azərbaycandakı çaylar arasında ekoloji durumun nəinki problemli, hətta fəlakətli halda olduğu çaylar da var. Hesablama Palatası bildirir ki, Oxçuçayın Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə çirklənməsi üzündən, bu çayla bağlı ekoloji fəlakət yaşanır.

Qobustanda orta əsr yaşayışı: İnsanlar gölməçə suyu içir
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

Sutəmizləyici qurğuların fəaliyyətində çatışmazlıqlar var

Kür və Araz çayları ətrafında yaşayan əhalinin içməli su ilə təchizatında problemi həll etmək üçün bir müddətdir Ekologiya və Təbii Sərvətlər Nazirliyi büdcə vəsaiti hesabına çaylardan götürülmüş çirkli suyu təmizləyib su kimi əhaliyə verən modul tipli sutəmizləyici qurğular quraşdırır. Hesablama Palatasının araşdırmasına görə, bu qurğuların fəaliyyəti yetərli səviyyədə deyil. Bu istiqamətdəki əsas çatışmazlıqlardan biri həmin sutəmizləyici qurğuların fasiləsiz fəaliyyət göstərməməsidir. Qeyd edilən sutəmizləyici qurğular müvəqqətidir, əhalini tam əhatə etmir, dayanıqlı içməli su problemini çözmür. Nəticədə çirklənmiş suyu özbaşına "təmizləyən" və istifadə edən əhali, özəlliklə azyaşlı uşaqlar bağırsaq pozğunluğundan və çirkli sudan törənən digər xəstəliklərdən əziyyət çəkir. Başqa sözlə, dövlətin içməli su təminatı sahəsindəki fəaliyyət yetərsizliyi insanların xəstələnməsinə şərait yaradır.

Palatanın araşdırmasında bildirilir ki, Kür və Araz çayları ətrafında yaşayan əhalinin içməli su ilə təchizatında problemi həll etmək məqsədilə müvəqqəti quraşdırılmış, səmərəliliyi aşağı olan, istismar müddəti başa çatmış modul tipli sutəmizləyici qurğuların quraşdırılması metodundan imtina edilməlidir. Buna alternativ olaraq su anbarı sayının artırılması tövsiyə edilir. Araşdırma nəticəsində Azərbaycanda suvarma suyunun bölgüsü və uçotu, eləcə də su itkisinin hesablanması, sudan istifadə edənlər və su təchizatçısı arasındakı münasibətlərin səviyyəsinə dair də çatışmazlıqlar üzə çıxıb.

XS
SM
MD
LG