Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:54

Vəkil: “Ali Məhkəmənin qərarı bizim üçün gözlənilməz oldu”


Fariz Namazlı
Fariz Namazlı

►Vəkili deyir ki, Xədicə İsmayılı hay-küysüz buraxmaq üçün prosesə gətirməyiblər

“Ali Məhkəmənin qərarı bizim üçün gözlənilməz oldu”. Bunu araşdırmaşı jurnalist Xədicə İsmayılın vəkili Fariz Namazlı AzadlıqRadiosuna müsahibəsində deyir.

Xədicə İsmayıl mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrum etmə cəzası ilə sərbəst buraxılıb.

- Fariz bəy, belə bir qərar veriləcəyini gözləyirdinizmi?

- Bizim üçün şok qərar oldu, gözləmirdik ki, Ali Məhkəmə belə bir qərar versin, Xədicə İsmayılı şərti azadlığa buraxsın. Ancaq bir ümid vardı, çünki Xədicə özü prosesdə iştirak etmək üçün 3-4 dəfə ərizə yazmışdı, amma onu prosesə gətirmədilər. Ortada birİntiqam Əliyev təcrübəsi var, onu da prosesə gətirməmişdilər, amma məhkəmə zamanı azadlığa buraxılması ilə bağlı qərar verildi. Görünür, Xədicəni mətbuatdan uzaq, hay-küysüz buraxmaq üçün prosesə gətirməmişdilər. Biz məhkəmədən dərhal sonra Xədicə İsmayılın cəza çəkdiyi 4 saylı müəssisəyə gəldik, burda Xədicəylə görüşdük. Artıq cəzaçəkmə müəssisəsinin rəhbərliyi ona məhkəmənin qərarını söyləmişdi, bizə də dedi ki, Ali Məhkəmənin qərarı gələn kimi icra edəcəklər. Bu, elə də vaxt aparan proses deyl, ancaq görünür, dediyim kimi, qələbəlik istəmirlər.

- Fariz bəy, Xədicə İsmayıla verilən ittihamlardan ikisinə bəraət verildi…

- Bəli, Xədicə İsmayıla ümumilikdə 5 maddə üzrə ittiham verilmişdi, 125-ci maddə üzrə elə Ağır Cinayətlərə Dair Məhkəmə zamanı bəraət aldı, bu gün isə Ali Məhkəmə ağır cinayətlər sayılan iki maddə üzrə - 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) bəraət verib. Ancaq digər iki maddə 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) üzrə isə 3 il 6 ay cəzanı şərti cəza ilə əvəzləyib. Bu maddələr az ağır hesab olunan maddələrdir.

- Şərti cəzanın məhdudiyyətləri nədir?

- Hakim Xədicə İsmayıl üçün sınaq müddətini 5 il edib. O, Binəqədi rayon Polis İdarəsində qeydiyyatda olacaq. Yəni bu o deməkdir ki, Hər ay ora gedib qeydiyyatdan keçməlidir. Dövlət orqanlarının icazəsi olmadan 5 il ərzində ölkəni tərk edə bilməz, yaşayış yerini dəyişə bilməz. Bundan başqa, o, iki il ərzində dövlət və bələdiyyə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edildi.

- Xədicə İsmayıl il yarımdan çoxdur ki, həbsdədir. Ona verilən cəza bu müddətdən çıxılırmı?

- Bəli, o, 2014-cü il dekabrın 5-də həbs olunub və həbs cəzası da bu müddətdən hesablanır.

- Qərardan Avropa Məhkəməsinə şikayət verəcəksizmi?

- Biz artıq ölkədaxili prosedur imkanlarını tükəndirdik. Ali Məhkəmə son instansiya idi. Biz bundan sonra Avropa Məhkəməsinə gedəcəyik. Şikayətimizdə Xədicə İsmayılın qanunsuz həbsindən, ona verilən ittihamların saxta olmasını göstərəcəyik.

- Xədicə özü necə qarşıladı azadlığa buraxılmağı, gözləyirdimi?

- Əvvəkil görüşlərimizdə buraxılacağı ilə bağlı ümidi olmadığını deyirdi. İndi də biz içəri girəndə artıq xəbəri vardı, normal qarşılamışdı.

Buna da bax: Xədicə İsmayıl azadlıqda ilk müsahibəsini verib

Xədicə İsmayıl azadlıqda ilk müsahibəsini verib
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

XS
SM
MD
LG