Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:50

Həccə təkrar getməyin qiyməti qalxır


Məkkə
Məkkə

Azərbaycandan bu il ikinci dəfə və daha çox Həcc ziyarətinə gedəcək zəvvarlar əlavə ödənişlər ödəyəcəklər.

APA-nınxəbərinə görə, Səudiyyə Ərəbistanı Həcc Nazirliyinin qoyduğu yeni qaydaya əsasən, bir dəfədən çox Ümrə ziyarətinə gedənlərə əlavə ödənişlər ləğv edilib. Ancaq bu, Həcc ziyarətində qüvvədə saxlanıb.

Ümrənin Həcdən fərqi odur ki, onda ilin bütün fəsilləri Kəbə ziyarət edilir.

Ötən ilin sentyabrında Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə ziyarətinə bir dəfədən çox gedənlərin əlavə 500 dollar ödəniş etməli olduqları barədə qərar qəbul etmişdi.

Qaydalara əsasən, Azərbaycandan bu ildən etibarən ikinci dəfə Həccə gedənlər 500 ABŞ dolları, üçüncü dəfə və ondan çox gedənlər isə 550 dollar əlavə ödəniş etməli olacaqlar.

Buna da bax-Siyavuş Novruzov: 'Həccə turist kimi gedən var'

Artıq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) builki Həcc mövsümü ilə bağlı təşkilatı işləri həyata keçirən nümayəndə qrupu Səudiyyə Ərəbistanına yola düşüb. O da bildirilir ki, ötən illə müqayisədə bu il Həcc ziyarətinin qiymətində artım olacaq. Buna səbəb dolların kəskin bahalaşması göstərilir.

Ötənilki Həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat və 4-nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6-nəfərlik otaqlarda qalmaq isə 3500 dollar olub.

Həcc ziyarətləri adətən Qurban bayramı vaxtı gerçəkləşdirilir. Ötən il Qurban bayramı sentyabrın 12-si və 13-də keçirilib. Bu il isə bu, sentyabrın 2-si, 3-ü gözlənilir.

XS
SM
MD
LG