Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:34

Kreml hicab məsələsində tərəf olmaq istəmir


Hicablı müəllimələri işdən qovmaqla hədələyirlər
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

Hicablı müəllimələri işdən qovmaqla hədələyirlər

“Kreml orta məktəblərdə hicab geymək ətrafındakı mübahisədə tərəf olmaq istəməzdi”.

Bunu Rusiya prezidentinin sözçüsü Dimitry Peskov deyib.

Çeçenistan müftisi məktəblərdə hicabın qadağan edilməsini insan haqlarının pozulması hesab edir.

Çeçenstan prezidenti Ramzan Kadyrov da bundan əvvəl Rusiyanın təhsil və elm naziri Olqa Vasilyevanın məktəblərdə hicab geyməyə qarşı olmasından çaşqınlıq bildirib.

Qeyd edək ki, Rusiyanın Ali məhkəməsi bundan əvvəl məktəblərə dini geymlər və baş örtükləri ilə gəlməyin qadağan edilməsini qanuni sayıb.

“Bilirsiz birincisi biz hazırda bu diskusiyada tərəf olmaq istəməzdik. İkincisi bu məsələyə həqiqətən də müxtəlif yanaşma formaları olub. Səhv eləmirəmsə Stavropol diyarında, Mordoviyada məhkəmə variantı da olmuşdu və onda Ali məhkəmə müvafiq qərar çıxarmışdı. Belə variant da var, qeyri-məhkəmə variantı da. Amma bir daha deyirəm, biz indi bu məsələdə tərəf olmaq istəməzdik”, Peskov bildirib.

XS
SM
MD
LG