Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:05

İranda kinematoqrafçılar həbs edilib


Cəfər Pənahi
Cəfər Pənahi

Kinematoqrafçılar Məhəmməd Rəssulov və Mustafa əl-Əhmədin həbsinə etiraz edən məktubu imzalamış 300 İran resissoru və mədəniyyət fəalının arasında Pənahi də vardı

İranda mədəniyyət xadimlərinin və fəallarının kütləvi həbs dalğasının ardınca məşhur kinorejissor Cəfər Pənahi də həbs olunub.

Bu barədə xəbəri dövlət mediası yayıb.

İyulun 9-da kinematoqrafçılar Məhəmməd Rəssulov və Mustafa əl-Əhmədin həbsinə etiraz edən məktubu imzalamış 300 İran resissoru və mədəniyyət fəalının arasında Pənahi də vardı.

Rəsulov və Əhməd və 100-dək başqa kinematoqrafçıların dərc etdikləri açıq məktubda ölkənin təhlükəsizlik qüvvələrinə mayın 23-də Abadan şəhərində binanın uçması və 41 nəfərin ölümü ilə bağlı etiraz aksiyası keçirənlərə qarşı zorakılıqdan çəkinmələri üçün çağırış edilmişdi.

Həmin etirazlar zorakılqıla dağıdılmışdı.

Sözü gedən müraciətdə təhlükəsizlik qüvvələrinə “silahları zülmkarlara qarşı çevirmək” və “xalqın qucağına qayıtmaq” çağırışı edilirdi.

Bəzi məlumatlara görə Pənahi bir neçə başqa kino işçisi ilə birlikdə Rəsulov və Əhmədin həbsi ilə bağlı Tehrandakı Evin həbsxanası prokurorunun yanında olmuşdular.

Pənahinin oradan çıxdıqdan sonra həbs edildiyi xəbər verilir.

Həbsxanadan Xameneyiyə məktub

İyulun 9-da dövlət mediası Məhəmməd Xatəminin hökumətində daxili işlər nazirinin müavini olmuş tanınmış islahatpərəst Mustafa Taczadənin həbs olunduğunu xəbər vermişdi.

Mehr xəbər agentliyi yazır ki, Taczadə “ölkənin təhlükəsizliyinə qarşı qəsddə” ittiham olunur.

Keçmiş nazir müavinini habelə “insanların beynini qarışdırmaq məqsədilə saxta məlumatlar yaymaqda” ittiham edirlər.

Taczadə 2008-ci ilin ziddiyyətli seçkisindən sonra həbs olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

O ali rəhbər ayətüllah Əli Xameneyinin qatı tənqidçilərindən biri sayılır.

O bundan əvvəlki məhkumluğu zamanı Xameneyiyə həbsxanadan açıq məktub yazmışdı.

Taczadə sonrakı seçkidə iştirak üçün namizədliyini versə də, Nəzarət Şurası onun namizədliyini qeydə almamışdı.

XS
SM
MD
LG