Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:52

WSJ: ABŞ İranın müsadirə olunmuş silahlarını Ukraynaya vermək istəyir


Yəməndə ələ keçirilən silahlar
Yəməndə ələ keçirilən silahlar

“The Wall Street Journal” yazır ki, ABŞ rəsmiləri ölkə donanmasının müsadirə etdiyi İran silahlarının bir partiyasını Ukraynaya göndərmək planını nəzərdən keçirir.

Adı çəkilməyən ABŞ və Avropa rəsmilərinin fevralın 14-də qəzetə dediyinə görə, son aylar Yəmən sahillərində qaçaqçılardan müsadirə olunan silahlar içərisində 5 mindən çox avtomat silah, 1.6 milyon patron, az sayda tank əleyhinə raketlər var.

Embarqonun şərtləri

Rusiyanın işğalının bir illiyi ərəfəsində Ukrayna Qərbdən daha çox silah istəyir.

Qəzetin müsahibləri deyiblər ki, problem BMT-nin Yəmənə silah göndərişinə embarqonun şərtləri ilə bağlıdır. Belə ki, müsadirə olunan silahlar məhv edilməli, başqa hərbi münaqişələrdə istifadə olunmamalıdır.

Hüquqşünaslar isə Ağ evə təklif edirlər ki, qanunsuz fəaliyyətlə məşğul olan insanlar, yaxud təşkilatlara məxsus aktivlərin dondurulması haqda qanunlardan istifadə etsinlər. Ancaq bundan ötrü prezident sərəncamı, yaxud Konqresin xüsusi qərarı lazımdır.

Simvolik məna

Amma müsadirə olunmuş silahların sayı böyük olmadığından amerikalı rəsmiləri Ukraynaya İran silahlarını verməyin simvolik mənası olduğunu deyirlər. Yəni, bu, presedent rolunu oynaya bilər, çünki husi yaraqlılara göndərilən silahların ələ keçirilməsi davam edir.

Yəməndə səkkiz ildən çoxdur İranın dəstəklədiyi husilərin başlatdığı silahlı münaqişə davam edir. BMT hesab edir ki, İranın hərbi yardımı – raketlər, dronlar, digər silahlar husilərin Yəmən hökumətinə qarşı vuruşmasına kömək edir.

Yəmən hökumətini beynəlxalq ictimaiyyət tanıyır, Səudiyyə Ərəbistanı dəstəkləyir.

İran isə husilərə silah göndərmədiyini bildirir.

XS
SM
MD
LG