Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 21:26

Məzun: 'Niyə bu iş yerlərindən birini mən tapa bilmirəm' [A-Live]


Prezidentin dediyi yüz minlərlə iş yeri harada açılıb?
Gözlə

No media source currently available

0:00 0:14:50 0:00

Prezidentin dediyi yüz minlərlə iş yeri harada açılıb? [A-Live]

Parlamentin orqanı olan "Azərbaycan" qəzeti yazır ki, İlham Əliyev hakimiyyətə gələndən bəri, yəni, ötən 14 ildə 1,6 milyon iş yeri açılıb.

Azərbaycan Texniki Universitetinin 2012-ci il məzunu Elnur Cabbarzadə sual edir ki, niyə bu iş yerlərindən birini o tapa bilmir. Elnur 2016-cı iləcən Bakıdakı banklardan birində biznes kreditləri üzrə mütəxəssis kimi çalışıb. Amma 2 ilə yaxındır işsizdir. Deyir ki, 2015-ci il böhranından bəri iş tapmaq tamam müşkülə çevrilib:

“Əvvəllər vakansiya (boş iş yeri)elan olunurdu, kifayət qədər olmasa da bir xeyli olurdu. Amma indi vakansiyalar həddindən artıq azdır. Vakansiyaların azlığı, iş axtaranların çoxluğu da əməkhaqlarına təsir edir. Təklif olunan əməkhaqları da xeyli aşağı düşüb”.

Buna da bax: Minimum əməkhaqqı 116-dan 130 manata qaldırıldı

AzadlıqRadiosu-nun 2014-cu ildəki araşdırmasında deyilir ki, hər il ali məktəbləri azı 30 min tələbə bitirir. Bu o deməkdir ki, hər il bazara 30 min yeni mütəxəssis gəlir. Bəs, bu məzunlar harda çalışır? Özlərinə iş tapa bilirlərmi?

Təhsil Nazirliyi bildirmişdi ki, bu monitorinqləri universitetlər aparmalı və nəticələri kadr hazırlığı prosesində nəzərə almalıdır.

AzadlıqRadiosu həmin vaxt bir neçə dövlət universiteti ilə əlaqə saxlamışdı. Ali məktəblər bildirmişdi ki, əvvəllər tələbələrə göndəriş əsasında təyinat verildiyi üçün nə qədər məzunun iş tapmasına dair məlumatları olurdu. İndi işəgötürməni dövlət qulluğuna qəbul komissiyası həyata keçirdiyindən artıq həmin məlumat hazırlanmır.

Buna da bax: «Bütün günü iş gözləyirik»

2017-ci ildən etibarən isə dövlət qulluğuna qəbul imtahanı Dövlət İmtahan Mərkəzinin səlahiyyətinə verilib. Bu Mərkəzdənsə AzadlıqRadiosu-na bildiriblər ki, hələ ilk imtahanlar bir neçə aydır keçirildiyindən, bu statistikanı tam olaraq, bir ildən sonra açıqlamaq mümkün olacaq.

Əli Əhmədov
Əli Əhmədov

Baş nazirin müavini Əli Əhmədov dekabrın 25-də deyib ki, hökumət hər il 100 min yeni iş açmağı planlayır:

“2017-ci ildə Azərbaycan əhalisi 120 min nəfər artıb. Bu yüksək dinamikadır və biz bütün proqramları o istiqamətə yönəltmişik ki, əhalinin rifah halı yaxşılaşsın. Biz hər il 100 min iş yerinin açılmasını planlaşdırırıq”.

Buna da bax: Kütləvi bağlanan dükanlar [fotolar]

Prezident İlham Əliyev isə oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafına dair iclasında bildirib ki, cari ildə 226 min yeni iş yeri yaradılıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin apardığı araşdırmanın nəticələrinə görə isə 2014-cü ildən bəri işsizlik problemi daha da artıb. Buna səbəb bəzi dövlət müəssisələrinin ləğvi, iş yerlərinin ixtisarı, xarici şirkətlərin Azərbaycanı tərk etməsi və digər səbəblər göstərilir.

Buna da bax: ASAN-Xidmət: 35 faiz işçi müqaviləsiz işləyir

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyir ki, müşahidələr zamanı rəsmi rəqəmlərlə reallıq arasında ciddi fərqlər ortaya çıxır:

Rəşad Həsənov
Rəşad Həsənov

“İşsizliyə görə hesablamalar Beynəlxalq Əmək Təşkilatının metodologiyası əsasında aparılır. Bu metodologiyanın nöqsanlarından biri də odur ki, torpaq sahibi olanlar və onların ailə üzvləri məşğul hesab olunurlar. Amma reallıq isə odur ki, Azərbaycanda torpaq sahibi olmaq heç də iş sahibi olmaq demək deyil”.

Buna da bax: 'Vəziyyət düşündüyümüzdən də ağırmış'

Rəşad Həsənov iştirakçısı olduğu araşdırmaların nəticələrini ümumiləşdirərək bildirir ki, Azərbaycanda yeni yaradılan iş yerlərinin statistikası aparılır, amma bağlanan iş yerlərinin yox. Ekspertin fikrincə, son illər, özəlliklə, tikinti sektorunun leqallaşdırılır. Bununla da uzun müddətdir müqaviləsiz işləyən şəxslər yeni işçi kimi qeydiyyata alınır və bütün bunlar da statistikaya təsir edir.

Elə bu Dövlət Statistika komitəsinin məlumatlarında da öz əksini tapır. Belə ki, rəsmi statistikaya görə 2016-cı ildə 196 min yeni iş yeri yaradılıb. Ən çox iş yerlərinin dövlət idarəetməsi və müdafiədə, tikinti, ticarət və nəqliyyat sahələri üzrə yaradıldığı qeyd olunur.

Buna da bax: 13 ilə 1 milyon iş yeri, 9 aya 226 min?

Biz Bakı sakinlərini də müzakirələrə qatmışıq. Onlardan soruşmuşuq ki, Azərbaycanda iş tapmaq nə qədər asandır?:

Azərbaycanda iş tapmaq nə dərəcədə asandır?
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Hökumətin rəsmi məlumatına görə hazırda ölkədə işsizlik 5 faiz həddindədir və hər il minlərlə yeni iş yeri açılır. Yəni iş qabiliyyəti olan hər 100 nəfərdən cəmi 5 nəfəri işsizdir.

Buna da bax: Leyla Yunus: 'CNN-də Azərbaycanın reklamlarına inanmayın'

Müstəqil ekspertlər və hakimiyyətin tənqidçiləri bir qayda olaraq işsizliyin bu qədər aşağı olması barədə rəsmi məlumata şübhə ilə yanaşırlar. Xüsusilə son illərin devalvasiyasından sonra ölkədə çox sayda iş yerləri bağlanmışdı.

XS
SM
MD
LG