Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:14

Lavrov həmsədrləri status məsələsini indilik ‘tərpətməməyə’ çağırır


Sergey Lavrov
Sergey Lavrov

Dağlıq Qarabağın yekun statusu regionda ermənilərin və azərbaycanlıların dinc həyatı yoluna qoyulandan sonra müəyyənləşə bilər.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 9-da Moskvada keçirilən “Primakov qiraətləri” tədbirində deyib.

Lavrov Dağlıq Qarabağın statusu problemini eskalasiya etməyəyə çağırıb. O deyib ki, ilk növbədə münaqişənin tərəfləri arasında etimadın səviyyəsinin yüksəldilməsi problemi həll olunmalıdır.

Rusiya xarici işlər naziri bildirib ki, yekun status məsələsi ATƏT-in Minsk qrupu həmsədrləri ilə razılaşdırılmalıdır:

“...amma onlar indiki mərhələdə, yəqin ki, Qarabağın statusu məsələsini tərpətməməli, etimadın gücləndirilməsi tədbirlərinə kömək etməlidirlər”.

Lavrovun fikrincə, ilk növbədə humanitar məsələlər həll edilməli, ermənilərin və azərbaycanlıların birgə yaşayışının təminatı üçün iş aparılmalı, təhlükəsizlik və iqtisadi firavanlıq təmin olunmalıdır:

“Sizi inandırıram ki, onda, iki-üç ildən sonra biz belə bir həyatı yoluna qoya bilsək, statusun bütün problemləri dəfələrlə asan həll olunacaq”.

Sərhəddə baş verənlərin Qarabağa dəxli yoxdur

Rusiya nazirinin fikrincə Ermənistandan və Azərbaycandan səslənən emosional bəynatlara çox da diqqət edilməməlidir.

O bildirib ki, Rusiya öz növbəsində bu dövlətləri sakitləşməyə və normal həyat şəraiti yaratmağa çağırır.

Sergey Lavrov məlumat verib ki, Dağlıq Qarabağ ərazisində, Rusiya sülhməramlılarının olduğu bölgələrdə heç bir iri insidentlər baş vermir.

O əlavə edib ki, bütün xırda anlaşılmazlıqlar operativ şəkildə aradan qaldırılır.

Nazir deyib ki, Azərbaycan-Ermənistan sərhədinin müəyyən hissələrində hələ də gərginlik hiss olunur, amma bunların Dağlıq Qarabağ məsələsinə aidiyyəti yoxdur.

Lavrov deyib ki, indi başlıca vəzifə emosional bəyanatlardan çəkinmək və regiondakı gərginliyi aradan qaldırmaqdır.

Azərbaycan əsgərlərinin sərhəddə görünməsi erməni kəndliləri narahat edir
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

Türkiyə və İranın da maraqları nəzərə alınır

Sergey Lavrov habelə vurğulayıb ki, regional kommunikasiyaların açılmasını müzakirə edən üçtərəfli işçi qrupun fəaliyyəti də ümumu gərginliyin azalmasına yönəldilib:

"Üçtərəfli işçi qrupun fəaliyyətinin məhsuldarlığı ilk növbədə kommunikasiyaların açılmasının insanların həyatının yaxşılaşmasına nə dərəcədə birbaşa təsir göstərməsi ilə qiymətləndiriləcək”.

TASS xəbər agentliyinin yazdığına görə Lavrov habelə üçtərəfli qrupun işi zamanı regionun başqa ölkələrinin maraqlarının da nəzərə alındığını deyib:

“Bu üçtərəfli müzakirələrdə Türkiyənin və İranın maraqları nəzərə alınır. Başqa cür bu açılım maksimum effekt verə bilməz”.

Sergey Lavrov çıxşında Dağlıq Qarabağda atəşkəs üzrə Rusiya-Türkiyə monitorinq mərkəzinin işindən razılıq edib.

O bildirib ki, bu mərkəz münaqişənin həllində “faydalı və stabilləşdirici” rol oynayır.

Xatırlatma

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi və sonrakı razılaşmada Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf 7 rayona nəzarəti ələ alıb.

Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG