Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 06:39

Lech Walesa Sentsovu Nobel Sülh Mükafatına təqdim edir


Lech Walesa
Lech Walesa

Polşanın keçmiş prezidenti və Nobel mükafatı laureatı Lech Walesa (Lex Valensa) deyib ki, hazırda Rusiya həbsxanasında olan ukraynalı kinorejissor Oleh Sentsov-un adını Nobel Sülh Mükafatına təqdim edib.

Avqustun 29-da Walesa AzadlıqRadiosunun Ukrayna xidmətinə deyib ki, o Sentsovun düşdüyü vəziyyəti özünün 1980-ci illərdəki vəziyyətinə bənzədir. O həmin illərdə Həmrəylik həmkarlar ittifaqının lideri kimi Polşa hökuməti tərəfindən həbsxanaya salınmışdı:

“Mən də çətin situasiyada idim. Mən də mübarizə aparırıdım. Bu mükafat, həm mənə, həm də Polşanın azadlıq əldə etməsinə kömək oldu. Bu səbəbdən dəstək lazımdır. İlk növbədə ona mübarizə apardığına görə təşəkkür bildirmək üçün. İkincisi onu özünün dinc mübarizəsini davam etdirməyəürəkləndirmək üçün”.

2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsini açıq şəkildə pisləyən Sentsov elə həmin il Krımda həbs edilib və 2015-ci ildə terror aktları hazırlamaq ittihamı ilə 20 il müddətinə azadlıqdan məhrum olunub.

Sentsovun başına gələnlər beynəlxalq əks-səda yaradıb və Qərb hökumətləri Moskvadan onun azad olunmasını tələb ediblər.

O mayın 14-dən həbsxanada aclıq aksiyası keçirir.

Oleh Sentsov 2015-ci ildə məhkəmə dinləməsində
Oleh Sentsov 2015-ci ildə məhkəmə dinləməsində

Nobel Sülh Mükafatını 1983-cü ildə almış Walesa Sentsova demək istədiyini bildirib ki, “o düzgün yoldadır”.

“Yaxşı ki, sənin kimi insanlar var. Bu bizə dünyanın yaxşılaşacağına ümid verir. Odur ki, bütün qarşılaşdığın pisliklərə baxmayaraq mətin ol, çünki sən dünyaya düzgün mübarizənin nümunəsini göstərirsən”.

Walesa əlavə edib ki, Qərb Ukraynaya öz suverenliyini Rusiyadan qorumaqda kifayət qədər kömək etmir:

“Avropada və dünyada yekdillik yoxdur. Bizim bu zəmanə üçün planımız da yoxdur. Avropa və dünyadakı bu pərakəndəlik və parçalanma bizə imkan vermir ki, Ukrayna kimi məsələləri həll edək”.

Norveç Nobel Komitəsi hər il Nobel Sülh Mükafatına yüzlərlə nominasiya alır. Komitə qaydalara görə növbəti 50 il ərzində təqdim olunanların adlarını açıqlamır.

XS
SM
MD
LG