Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:37

'Leyli və Məcnun' ABŞ-da yeni versiyada...


The new version of the opera Layla and Majnun. Alim Gasimov and Fargana Gasimova. USA
The new version of the opera Layla and Majnun. Alim Gasimov and Fargana Gasimova. USA

Bu günlərdə ABŞ-ın bir neçə şəhərində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası yeni versiyada təqdim olunub.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, operadakı ifaları iştirakçılara Alim Qasımov Fərqanə Qasımova çatdırıb. Layihə müasir xoreoqrafiya sənətinin ən məşhur simalarından biri - Mark Morrisin “Rəqs” qrupu tərəfindən gerçəkləşdirilib. Layihədə məşhur violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı da iştirak edib.

Buna da bax:​ 55 yaşında Məcnun

Konsertlər ABŞ-ın Kaliforniya ştatındakı nüfuzlu Berkli Universitetinin, Sietl şəhərindəki Vaşınqton Universitetinin və Ənn Arbor şəhərindəki Miçiqan Universitetinin geniş konsert zallarında keçirilib.

Opera amerikalılar tərəfindən heyranlıqla qarşılanıb. Hər şəhərdə dörd tamaşa təqdim olunub.

Buna da bax: Alim Qasımov Meksika mükafatını ala bilər

Xəbərdə vurğulanır ki, Alim Qasımov 10 il əvvəl “Leyli və Məcnun”un yeni versiyasının yaradılması barədə fikrini məşhur violonçel ifaçısı Yo-Yo Ma ilə bölüşüb və o zamandan da Azərbaycan musiqisinin incisi olan “Leyli və Məcnun” ABŞ-ın ən nüfuzlu musiqiçilərinin diqqət mərkəzindədir. O zaman Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı Alim və Fərqanə Qasımovlarla birgə ilk dəfə bu operanın yeni, yığcam versiyasını ABŞ-da, Kanadada, Avropanın və Asiyanın bir neçə ölkəsində ifa edib. Mark Morris həmin ifaya rəqsin əlavə olunmasını düşünürmüş. Nəhayət, 2016-cı ildə həmin layihə gerçəkləşib.

XS
SM
MD
LG