Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:12

'Bakı Taksi': 'Maşınlarımızın satışa çıxarıldığı bizim də qulağımıza çatıb'


Bakıda müştəri gözləyən London taksiləri, 22.09.2016
Bakıda müştəri gözləyən London taksiləri, 22.09.2016

33 minə alınan “London taksiləri”i 20 minə satılır?

Şirkət deyir ki, bəzi müəssisələrlə müqaviləyə görə, maşını onlara birdəfəlik təhkim edirlər.

“Mən taksi sürücüsüyəm, ancaq heç vaxt işdənkənar taksiyə minmirəm. Bir neçə gün əvvəl məzuniyyətə çıxmışdım, bir dəfə də taksiyə minmədim. Çünki taksiyə verəcək pulum yoxdur. Ona görə, taksiyə minmək imkanı olmayanları anlayıram”.

67 yaşlı taksi sürücüsü Hacıbala Rəhimov bir neçə saatdır müştəri gözləyir. Ancaq müştəri yoxdur. Hacıbala kişi deyir, buna öyrəncəlidir. Taksi sürücüsüsənsə, müştərini saatlarla gözləməyə alışmalısan:

London-taksi sürücüsü: 'Gündəlik 28 manat plan veririk və bir günə, azı, 12-13 manatlıq benzin gedir...'
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

“İndi çox çətindir. Camaat taksiyə verəcəyini daha vacib şeylərə xərcləyir. Gündəlik 28 manat plan veririk və bir günə, azı, 12-13 manatlıq benzin gedir. Elə olur bir gündə qazancım 5 manat olur, bəzən 10-15 manat. Bir də gördün, heç olmur”.

Buna da bax:​ «London taksiləri»ndə gündəlik plan və növbə problemi

“Eurovison”dan sonra maaş ləğv olunub

London taksi sürücüsü Hacıbala Rəhimov, 22.09.2016
London taksi sürücüsü Hacıbala Rəhimov, 22.09.2016

Ekspert: '“London taksiləri” Bakıya gələndə həm bazar yaxşı idi, həm də taksi şirkətləri də çox deyildi'.

Hacıbala Rəhimov 6 ildir “Bakı Taksi” MMC-yə məxsus “London taksisi” sürür. Plan ödəmək, özünə də çörəkpulu qazanmaq üçün gecənin gecə çağınadək işləyir. Deyir, 5 il əvvəl aylıq 242 manat maaş da alırmış. “Eurovison” mahnı müsabiqəsi qurtarandan sonra şirkət həmin maaşı ləğv edib.

“London taksisi” sürən Bəybala Məlikov da iş şərtlərinin ağırlığından gileylidir. Deyir, evə o qədər gec, işə o qədər tez gedir ki, övladlarının üzünü görmür:

“Çox çətindir, evə də qəpik-quruş aparırıq. Başqa iş olsa, gedib orda işləyərəm. Ancaq yoxdur. Planı da biz veririk, yanacağı da biz alırıq. Bir qəpik maaş da yoxdur. Düzdür, təmiri özləri eləyir. Ancaq bu da 6 saatdan çox çəkir. Təmirdən çıxan günü də planı yığmaq olmur. Həftədə bir gün istirahət var. Onda da çatışmayan planı vermək üçün işləyirəm. Evə gecə 2-də, 3-də çatıram. Səhər saat 7-də də işə qaçıram”.

Buna da bax:​ London taksiləri etiraz etdilər

“Görəndə ki, planı borcla ödəyirəm, çıxdım”

'“London taksiləri”nin də müştəriləri azalıb. Həm plan ödəmək, həm benzin almaq sürücülərə sərfəli deyil'

Etibar Quliyev də bir neçə ay əvvələdək bu taksilərdən sürüb. Deyir ki, şərtlərə dözə bilmədiyindən, işdən çıxmalı olub:

“28 manat plan, 12 manat benzinpulu ödəməliydim. Axırda gördüm ki, planı borc alıb verirəm, çıxdım”.

Etibar vaxtilə çalışdığı şirkətin indi çox çətin duruma düşdüyünü söyləyir. Şirkət maşınları satmaq məcburiyyətində qalıb.

Bir müddət əvvəl “Bakı Taxi” şirkətinin ziyana düşməsi, “London taksi”lərinin zərərlə işləməsi, buna görə də ilin əvəvlindən şirkətin 19 taksisini 19-20 min manata satmasına dair xəbərlər indi mediada da yayılır.

Buna da bax:​ Bakıda taksi rəqabəti qızışır - qiymətlər və xidmətlər ətraflı jurnalist araşdırmasında

“London taksiləri” rəqabətdə çevik deyil

İqtisadçı Əli Əhmədov: 'Son bir neçə ildə taksi bazarında rəqabət qızışıb'
Gözlə

No media source currently available

0:00 0:00:29 0:00
"Elə olur bir gündə qazancım 5 manat olur, bəzən 10-15 manat. Bir də gördün, heç olmur”

İqtisadçı, “fins.az” saytının redaktoru Əli Əhmədov deyir ki, son bir neçə ildə taksi bazarında rəqabət qızışıb. Onun sözlərinə görə, “London taksiləri” Bakıya gələndə həm bazar yaxşı idi, həm də taksi şirkətləri də çox deyildi. Ancaq son vaxtlar müxtəlif taksi şirkətləri fəaliyyətə başlayıb. Belə olanda, istər-istəməz, qiymətlər aşağı düşdüyündən, “London taksiləri”nin də müştəriləri azalıb. Həm plan ödəmək, həm benzin almaqsa sürücülərə sərfəli deyil:

“Ona görə də artıq taksi işlətmək onlara sərfəli deyil. Bu səbəbdən şirkət taksiləri satmağa başlayıb. 28 manat plan ayda 900 manata yaxın puldur. Ayda 400-500 manat xərcləməklə maşın kreditə götürüb yaxşı taksi xidməti göstərmək olar. Ancaq burda sürücü həm plan verir, benzin də özündəndir, üstəlik, maşın da ona məxsus deyil. Taksi sürücüsü də görür ki, bu şərtlər ona sərfəli deyil. “London taksiləri” rəqabətdə çevik olmadıqlarına görə itirdilər”.

Buna da bax:​ Taksi biznesindən pul qazanmaq asanlaşırmı?

“Bakı Taksi”: Çıxan adamın yerinə 5 nəfər gəlir”

Bakıda London taksiləri, 22.09.2016
Bakıda London taksiləri, 22.09.2016

“Çox çətindir, evə də qəpik-quruş aparırıq. Başqa iş olsa, gedib orda işləyərəm. Ancaq yoxdur. Planı da biz veririk, yanacağı da biz alırıq".

“Bakı Taksi” şirkətindənsə deyirlər ki, işlərində ciddi problem yoxdur. Sürücülərin vergi, sosial ödəmələri təmin olunur. Şirkətin avtomobil istismarı şöbəsinin müdiri Məcnun Səfərovun sözlərinə görə, şirkətin maşınları satması söhbəti onun da qulağına çatıb:

Məcnun Səfərov: ''İşləmək mümkün deyildi” deyirsə, bu, onun fikridir. Ancaq çıxan adamın yerinə 5 nəfər gəlir'
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

“İşlərimizdə elə ciddi problem yoxdur. Ehtiyat hissələrinin alınması, filanla müəyyən problemlər oldu, o da həllini tapdı. Plana gəlincə, hər maşının gündəlik xərci hesablanır. Sürücülərlə müqavilə qarşılıqlıdır. Kimisə qane eləmirsə, işləməyə də bilər. Bizdə işləyib çıxan sürülər “işləmək mümkün deyildi” deyirsə, bu, onun fikridir. Ancaq çıxan adamın yerinə 5 nəfər gəlir. Maşınların satışına gəlincə, bizdə elə şey yoxdur. Sadəcə, bəzi müəssisələrlə müqaviləyə görə, maşını onlara birdəfəlik təhkim edirik. İki-üç belə hal var. Bizim maşınların 15-20 min manata satışa çıxarıldığını deyənlər də var. O gün mənə zəng edib deyirlər ki, 12 minə satırsınız, dedim, varsa, birini də mənə al ver”.

Məcnun Səfərov bəlkə də 10 il sonra şirkət rəhbərliyinin satış qərarı verə biləcəyini istisna etmir, ancaq indi belə hal olmadığını bildirir.

“Bakı Taksi” şirkətinin paytaxtda minə yaxın avtomobili var. Beş il əvvəl bu avtomobillərin hər birinə 33 min manat ödəyib Bakıya gətirmişdilər.

XS
SM
MD
LG