Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 04:38

Neft 60-70 dollara qalxacaqmı?


►30 ilin neftçisi: “İsinmədik isitisinə...”

“Neftçilərin yaşayışı çox ağırdır, mühəndisi də, fəhləsi də çox çətin yaşayır. İçi mən qarışıq neftçilərin 80-90 faizinin banklara borcu var. Neftin qiyməti 100-120 dollar olanda da bir xeyrin görmədik, indi 28 dollar olanda da. Neft baha olanda yolları bir neçə dəfə asfaltlayırdılar, bizə xeyri yox idi, indi ucuzlaşır, ziyanını görürük. O məsəldəki kimi, “isinmədik istisinə, kor olduq tüstüsünə””...

Bibiheybət Neft-Qaz Çıxarma İdarəsinin maşinisti, 30 ildən artıqdır neftçi işləyən Əziz İmaməliyev deyir ki, bu el məsəli neftin baha və ucuz dövrünün neftçilərin həyatındakı rolunu yaxşı ifadə eləyir.

Azərbaycan prezidenti İlham Əliyev isə deyir ki, nefti bundan daha aşağı qiymətdə görmək çətindir. Ancaq prezident neftlə bağlı gələn il üçün nikbin fikirlərini açıqlayıb. Yanvarın 21-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Yeni enerji tarazlığı” mövzusunda sessiyadakı suallara cavabında deyib ki, 2017-ci ildə neft 60-70 dollara qalxacaq :

“Ümidvaram ki, bu ilin ikinci yarısı sabitləşmə dövrü olacaq və biz artımı görəcəyik”.

Buna da bax: Avropa Məhkəməsi Xədicənin daha bir şikayətini araşdırır

“60-70 DOLLAR EHTİMALI ÇOX AŞAĞIDIR”

İndiki çətin vəziyyət belə ümidli olmağa əsas varmı?

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, dünyanın nüfuzlu enerji agentlikləri, böyük birjalarda fəaliyyət göstərən sərmayə fondları, bankların strateji araşdırmları 2017-ci ildə neftin qiymətində artım ehtimalını göstərir:

“Amma bütün proqnozlarda, ən yaxşı halda, bu artımın 50 dollar civarında olacağı göstərilir. Bütün bu parametrləri, bazardakı vəziyyəti, İranın neft bazarına aqressiv daxil oması sürətini nəzərə alsaq, düşünürəm ki, qiymət 50 dollar civarında ola bilər. Ancaq 60-70 dolar civarında olması ehtimalı çox aşağıdır. Bunun da həm iqtisadi, həm də texnoloji faktorlar var. Qiymət yalnız o zaman o səviyyəyə qalxa bilər ki, hər hansı bir regional münaqişələr, müharibələr olsun. Bu amil neftin qiyməyinə ciddi təsir göstərə bilər. İqtisadi fundamental məsələlərə görə isə neftin qiymətinin 50 dollar civarında olması ehtimalı daha yüksəkdir, nəinki 70 dollara qədər qalxması”. (Ardı aşağıda)

SOCAR benzini niyə ucuzlaşdırmır?
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

Buna da bax: Teleradio Şurası Mirşahinin proqramını qapatdı

“HAMIYA BƏLLİ İDİ”

İlham Əliyev çıxışında neftin qiymətinin ucuzlaşmasına hazr olmadıqlarını da deyib. Bildirib ki, bunu 20 il sonraya planlaşdırırımışlar: “Buna hazır deyildik. Biz Azərbaycanda özümüzü neftsonrası dövrə - 20 il sonraya hazırlayırdıq. Buna görə də bu, bizim üçün gözlənilməz oldu. Eyni zamanda, bu, bizim iqtisadiyyatımız üçün bir zərbə idi”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə deyir ki, neftin bu qədər ucuzlaşacağı gözlənilirdi:

“Bazar iştirakçıları üçün neftin qiymətinin ucuzlaşacağı həqiqətən gözlənilən idi. Çünki dünyadakı iqtisadi prosesləri izləyirlər. Çin iqtisadiyyatının durumuyla bağlı proqnozlar hələ 4 il əvvəl yayılırdı. 2014-cü ilin sonu, 2015-ci ilin əvvəlində bu prosesin baş verəcəyi artıq hamıya bəlli idi. Bu, proseslərin içərisində olan mütəxəssislər və beyin mərkəzləri üçün hansısa şok xəbər deyildi. Azərbaycan hökumətinin heç vaxt proqnozlaşdırma qabiliyyəti olmayıb. Bu da onu göstərir ki, hökumət proqnoz verərkən ancaq öz rəqəmlərinə istinad edir. Digər alternativ mənbələrədən qidalanmır”.

Buna da bax: “Pis bankları təcili bağlamaq lazımdır"

“BU NƏ VAXT OLACAQ, DEMƏK ÇƏTİNDİR”

2017-ci ildə neftin 60-70 dollar olacağına gəldikdə, İlham Şaban deyir ki, bu fikri böyük neft şirkətlərinin rəhbərləri də səsləndirib:

“Elə Davos İqtisadi Forumu çərçivəsində “Shelf” şirkətinin icraçı direktoru açıqlamasında dedi ki, neftin qiyməti hökmən 60 dolları keçəcək. Bu, nə vaxt olacaq, demək çətindir. Ancaq olacaq. BP şirkətini rəhbəri Robert Dadli də bildirib ki, neftin qiyməti 60 dollardan yuxarı olacaq. 2016-cı ilin ikinci yarısında neftin qiyməti artmağa başlayacaq. Ona görə də demək olar ki, 2017-ci ildə neftin qiyməti 60 dollardan yuxarı ola bilər”.

Qocaman neftçi, usta Əziz isə deyir ki, hər gün çıxardığı neftin qiymətinin günü-gündən ucuzlaşması onu kədərləndirir:

“Ona görə ki, qiymətlər bahalaşır, yaşayışımız çətinləşir. Bahalaşsın, heç olmasa, işimizi itirməyək”.

XS
SM
MD
LG