Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 07:35

Moskvada Nemtsovun xatirə guşəsini yenə də ‘yığışdırıblar’


Moskvada Nemtsovun öldürüldyü yerdə kortəbii yaranmış xatirə guşəsi
Moskvada Nemtsovun öldürüldyü yerdə kortəbii yaranmış xatirə guşəsi

Moskva hakimiyyət orqanları Kreml yaxınlığında Rusiya müxalifətinin 2015-ci ildə qətlə yetirilmiş lideri Boris Nemtsovun kortəbii yaranmış xatirə guşəsini yenidən yığışdırıb.

Rusiyada həbsləri izləyən OVD-Info saytı yanvarın 11-də yazıb ki, Moskva körpülər idarəsi – Qormost-un nümayəndələri bir neçə mülki geyimli başqa şəxslərlə birlikdə çiçək dəstələrini və Nemtsovun xatirə plakatlarını gecə saatlarında körpüdən aparıblar.

OVD-Info-nun məlumatına görə sözü gedən şəxslər həm də bu xatirə guşəsini mühafizə edən iki fəalın - Dmitry Kosaçov və Olqa Avilonovanın bel çantalarını götürüblər. Çantaların içərisində onların sənədləri və pulları olub.

Avilonova fiziki hücuma məruz qaldığını deyib.

Rusiya prezidenti Vladimir Putinin qatı tənqidçisi Nemtsov 2015-ci il fevralın 27-də Moskvaretski körpüsünün yaxınlığında qətlə yetirilib.

Şəhər hakimiyyət orqanları Nemtsovun xatirə guçəsini müntəzəm olaraq dağıdır.

Ötən may ayında bu xatirə guşəsini mühafizə edən fəal hücuma məruz qaldıqdan sonra xəstəxanada vəfat edib.

Nemtsovun qətlində şübhəli bilinən beş çeçen uzunmüddətli həbsxana cəzalarına məhkum edilsələr də, mərhumun yaxınları qətlin əsl sifarişçilərinin ədalətdən kənarda qaldığını bildirirlər.

Yanvarın 10-da Vaşinqton şəhər bələdiyyəsi Rusiya səfirliyinin yerləşdiyi küçəyə Nemtsovun adının verilməsinə dair qanunvericilik aktının layihəsini qəbul edib.

XS
SM
MD
LG