Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 04:57

Netanyahu Putinlə İranın Suriyadakı rolunu müzakirə edəcək


Rusiya prezidenti Vladimir Putin (sağda) fevralın 27-də İsrailin baş naziri Benjamin Netanyahu və onun xanımı Sara Netanyahu ilə görüşüb
Rusiya prezidenti Vladimir Putin (sağda) fevralın 27-də İsrailin baş naziri Benjamin Netanyahu və onun xanımı Sara Netanyahu ilə görüşüb

İsrailin baş naziri Benjamin Netanyahu fevralın 27-də Moskvaya gəlib. Xəbər verilir ki, onun bu səfərdən məqsədi Rusiya prezidenti Vladimir Putini İranın Suriyada yerini möhkəmlətməsinin yolverilməz olduğuna inandırmaqdır.

Netanyahu Putinlə danışıqlardan əvvəl deyib: "Regionun təhlükəsizliyi və stabilliyinə ən böyük hədə İrandan və onun təmsili qüvvələrindən gəlir. Biz ölkəmizin məhv edilməsinə çağıran İrana və onun hərbi baxımdan Suriyada səngərlənmək cəhdlərinə qarşı aqressiv hərəkətlərimizi davam etdirmək əzmindəyik”.

Bu, Suriya qüvvələri tərəfindən Rusiya təyyarəsinin səhvən vurulması nəticəsində 15 rusiyalı hərbçinin həlak olduğu sentyabr insidentindən bəri Netanyahunun Moskvaya ilk səfəridfir.

2015-ci ilin sentyabrından bəri Putinlə 11 dəfə görüşdüyünü xüsusi vurğulayan İsrail lideri Rusiya və İsrail arasında “birbaşa və açıq münasibətlərin saxlanmasını” təqdir edib.

Rusiya Suriya prezidenti Bashar al-Assad-ın əsas beynəlxalq müttəfiqidir, eyni zamanda İranla yaxın münasibətlərə malikdir. 2018-ci ilin ortalarında Moskva İsrailin arzusuna uyğun olaraq Tehranla İran qüvvələrinin Golan yüksəkliklərindən kənar duracağına dair razılaşma əldə edib.

Bu görüşdən əvvəl Putin jurnalistlərə deyib ki, “Netanyahu ilə görüş regiondakı vəziyyət və təhlükəsizlik məsələlərinin müzakirəsi üçün çox mühümdür”.

Putin Yerusəlimdə II Dünya Müharibəsi illərində Leninqradın mühasirəsinə həsr edilmiş abidənin açılışında iştirak üçün dəvəti qəbul edib. Bu mərasimin dəqiq vaxtı barədə məlumat verilməyib.

XS
SM
MD
LG