Sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 99 ili tamam olur.
“1918-ci ildə Həbib Əfəndi, nəhayət, Vətənə qayıtmağa qərar verir. Artıq Birinci Dünya savaşı gedirdi, Türkiyənin o vaxtkı durumu da ki bəlli... Həbib Əfəndi Şamaxıya gələndə, erməni-müsəlman qırğınının 1 mərhələsi qurtarmışdı. Yəni daşnaklar Gəncə qoşunu gələnə qədər istədiklərini edib qaçıb getmişdilər... Sonra 2-ci dəfə gəldilər...Şəhərin adlı-sanlı, hörmətli şəxsləri məhv edilmişdi, Cümə məscidi yandırılmışdı...Bax, belə qanlı-qadalı bir vaxtda Şamaxıya gələn Həbib Əfəndi şəhərin qəza rəisi Azad bəy Qocamanbəyovla görüşür. Azad bəy də bu fikirdəymiş ki, onları bu çıxmazdan ancaq türk ordusu qurtara bilər. Elə Azərbaycanın Milli Şurası da belə düşünürdü. M. Ə. Rəsulzadənin Türkiyəylə danışıqları gedirdi. Türk qoşunlarının gəlişini tezləşdirmək lazım idi. Azad bəy bilirdi ki, Türkiyənin Hərbiyyə naziri Ənvər paşa Həbib Əfəndinin qaynıdır. Digər Şamaxı başbilənləri ilə məsləhətləşib, Ənvər Paşaya bir məktub yazırlar. Həbib Əfəndi məktubu da götürüb təcili İstanbula qayıdar... İstanbulda onu əmin edirlər ki, artıq Azərbaycana gedəcək qoşun formalaşır. Başında da Nuru Paşa duracaq...”
Buna da bax: Bakının işğaldan azad olunmasının 99 ili
AzadlıqRadiosu-nun “İz” proqramı Bakının işğaldan qurtuluşunun 100 illiyi ərəfəsində “Güllələnmiş qardaşlar” radio dastanını təqdim edir.
- Dastanın qəhrəmanı Həbib əfəndini Qafqaz Türk Ordusunun komandanı Nuru Paşa ilə nə birləşdirirdi: Yaxın dostluq, qohumluq, yoxsa ortaq tale?
- Həbib Əfəndi nə səbəbdən Türkiyədə yaşayırdı?
- Qafqaz İslam Ordusu Bakıda necə qarşılandı? Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın xatirələrində zəfər günü necə qalıb?
- Türk ordusunu Bakıya gətirən Həbib Əfəndinin sonu necə oldu?
Buna da bax: 'Biz də gərək 99 il əvvəlki kimi parlamentli Respublika qurardıq' [video]
Dastanı dinləsəniz bu böyük olayın pərdə arxasındakı qaranlıq məqamlardan xəbər tutacaqsız.
Sentyabrın 15-də AzadlıqRadiosu-nda “İz”ə düşün.
Azad və müstəqil yaşamaq, çağdaş dünyayla bütünləşmək istəyənlərin həyat tarixçələrinə qulaq verin!
Unutmayın!
Bu, zülmə, zorakılığa, dərəbəyliyə hər an, hər dəqiqə, hər yerdə dirəniş göstərənlərin tarixidir!
Buna da bax: 15 sentyabr 1918-ci il Azərbaycan tarixində...
“...Qoşun hazır olandan sonra, Həbib Əfəndi Əhməd Cavadla birgə Nuru Paşanın ordusuna qoşulub İrana, Naxçıvana, daha sonra Gəncəyə gəlir. Məhəmməd Hadi də o zaman Gəncədəymiş. Ona ordunun imamlığını tapşırırlar. Gəncədən sonra keçirlər Göyçaya, Şamaxıya və nəhayət Bakıya... Bütün yolboyu Türk komandirləri hər məntəqəyə çatanda, Həbib Əfəndini xalqa xilaskar kimi tanıdırlarmış. Həbib Əfəndidən nümunə götürüb orduya yazılanlar da varmış...”
Buna da bax: Nuru Paşa yad olunub
Verilişdə Nuru Paşanın şərəfinə 1918-ci ildə Gəncədə yazılmış ilk ordu marşını da eşidəcəksiniz:
Gəncədə çalındı azadlıq suru,
Qovdu ürəklərdən zülməti, qoru.
Pozdun düşmən quran məkrli toru,
İrəli! İrəli! Ər Paşam Nuru!
Bu “İz”i itirməyin!