Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:57

Paşinyan Qarabağ barədə: ‘Biz eyni həmin yolla getmək istəmirik...’


Nikol Paşinyan Milli Təhlükəsizlik İşçisi gününə həsr olunmuş çıxışı zamanı
Nikol Paşinyan Milli Təhlükəsizlik İşçisi gününə həsr olunmuş çıxışı zamanı

Paşinyan: "Biz daxildə bir, xaricdə başqa şey demək, sonra bu fərq nəticəsində yaranmış tələyə düşmək istəmirik”.

“Soçi və Brüsseldəki görüşlərdən sonra Ermənistan və region üçün dinc inkişaf erasına doğru addımbaaddım irəliləmək imkanı var”.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, bunu dekabrın 20-də Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik İşçisi gününə həsr olunmuş çıxışında deyib.

Baş nazirin sözlərinə görə məhz bu prosesdə milli təhlükəsizlik xidmətləri mühüm rol oynamalıdır:

“Xüsusən də indi, Ermənistan hökumətinin region üçün dinc inkişaf erasını elan etdiyi bir vaxtda, bu yeni mühitdə, bu o deməkdir ki, Milli Təhlükəsizlik Xidmətinin qarşısında vəzifələr daha da mürəkkəb olacaq. Çünki siyasi bəyanatlar hələ özlüyündə o demək deyildir ki, onları həyata keçirmək mümkün olacaq. İkincisi, əgər biz bu istiqamətdə uğurla hərəkət etsək belə, çətinlikləri idarə etmək daha mürəkkəb və daha çətin olacaq”.

Baş nazir deyib ki, Soçi və Brüsseldəki görüşlərdən sonra Ermənistan və region üçün dinc inkişaf erasına doğru addımbaaddım irəliləmək imkanı var:

“Bütün hallarda Ermənistan Respublikasının hökuməti ondan asılı olan hər şeyi edəcək ki, bu istiqamətdə uğur qazanıla bilsin. Amma xüsusilə də belə mühitdə Milli Təhülkəsizlik Xidməti sayıqlığını ikiqat artırmalı, fəaliyyətinin effektivliyini yüklsəltməli olacaq, çünki bu yeni mühitin yaradılması çox məsuliyyətli və mühüm vəzifədir...”

“Zəngəzur dəhlizi” barədə nə söhbət olub?

Azatutyun yazır ki, Brüsseldə Ermənistanın baş naziri və Azərbaycan prezidenti iki görüş keçiriblər.

Bundan sonra bəyan edilib ki, Ermənistan və Azərbaycan liderləri dəmir yolu əlaqəsi barədə razılığa gələ biləsələr də, avtomobil yolu barədə razılaşma əldə olunmayıb.

Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev aramsız olaraq “Zəngəzur dəhlizi” barədə bəyanatlar verirdi.

Paşinyan isə Faceboook-da yazmışdı ki, “Zəngəzur dəhlizi” məsələsinin Ermənistan üçün qeyri-məqbul olduğunu İlham Əliyevə bildirəcək.

Azatutyun yazır ki, buna baxmayaraq həmin görüşdən sonra bu barədə heç bir məlumat verilməyib.

Müharibədən sonra Ermənistanda bircə güllə səsi eşidilməyib

Baş nazir Nikol Paşinyan çıxışında Qarabağ məsələsinə də toxunub və deyib ki, bu sahədə uzun illər ərzində danışıqlar masasında danışılanlarla, Ermənistan cəmiyyətinə verilən məlumatlar arasında böyük uçurum olub:

“Biz eyni həmin yolla getmək istəmirik. Biz qapalı məsləhətləşmələrdə, açıq çıxışlarda və danışıqlar masasında eyni bir məzmunun çərçivəsindən danışmaq istəyirik. Biz daxildə bir, xaricdə başqa şey demək, sonra bu fərq nəticəsində yaranmış tələyə düşmək istəmirik”.

Paşinyan öz çıxışında habelə 44 günlük müharibədən sonra işinin səmərəliliyini artırmış Milli Təhükəsizlik Xidmətinə təşəkkürünü bildirib.

O deyib ki, məhz bu fəaliyyət nəticəsində Ermənistan dərin siyasi, psixoloji və etimad böhranını keçə bilib:

“Diqqəti xüsusilə də buna cəlb etmək istəyirəm ki, 2020-ci ilin noyabrından bəri Ermənistan Respublikasının daxilində bircə güllə səsi də eşidilməyib və əslində vətəndaş toqquşmaları baş verməyib. Bu, bir tərəfdən belə situasiyalardan keçmiş ölkələrin arasında misli görünməmiş haldır, digər tərəfdən isə bizim dövlət orqanlarımızın, o cümlədən Milli Təhükəsilik Xidmətinin səmərəli işini nümayiş etdirir”.

XS
SM
MD
LG