Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:34

Prokuror Qənimət Zahidin qohumlarına ağır cəza istədi


Qənimət Zahidin yaxınları məhkəmə binası önündə
Qənimət Zahidin yaxınları məhkəmə binası önündə

-

"Azadlıq" qəzetinin hazırda Fransada mühacirətdə olan baş redaktoru Qənimət Zahidin qohumları - əmisi oğlu Rövşən Zahidov və qardaşı oğlu Rüfət Zahidovun məhkəməsi yekunlaşır.

Artıq məhkəmə istintaqı başa çatıb. İyunun 10-da keçirilən məhkəmə iclasında prokuror çıxış edib və Zahidovlara qarşı narkotik ittihamının sübuta yetirildiyini iddia edib.

O, Rüfət Zahidovun himayəsində bir azyaşlı övladının olmasını onun vəziyyətini yüngülləşdirən hal kimi qeyd edib. Çıxışının sonunda isə Rövşən və Rüfət Zahidovların hər birinə 8 il 6 ay həbs cəzası istəyib.

“HAMISI YALANDIR”

Ardınca Rüfət Zahidovun vəkili Bəhruz Bayramov çıxış edib və onların hər ikisinin Qənimət Zahidin qohumu olduqlarına görə saxta ittihamla həbs olunduğunu vurğulayıb:

"Yaxşı başa düşürəm ki, burada 24 saat da çıxış eləyib bu adamların günahsız olduğunu sübut eləsəm, yenə xeyri olmayacaq. Rövşən və Rüfət Zahidovlara qarşı ittihamların saxta olduğunu görmək üçün heç hüquqşünas olmağa ehtiyac yoxdur. Bu cinayət işi sadəcə, quraşdırılmış teatr səhnəsini xatırladır. İddia olunur ki, Rüfət Zahidov kəndə nənəsigilə gedəndə orada atasının əmisi oğlu Rövşən Zahidovla görüşüb və ona 27 qram heroin verib. Sonra da Bakıya qayıdandan sonra özü 300 manata 5 qram heroin alıb. Burada məntiq hardadır? Əgər buna heroin lazım idisə, elə verdiyi 27 qramdan götürərdi də. Hamısı yalandır. Rövşən və Rüfət Zahidovların arasında heç bir əlaqə yoxdur. Onlar nəinki görüşməyiblər, heç bir-birinin telefonunu da bilmirlər. Çünki münasibətləri olmayıb. Onların görüşdüyünü görən bircə şahid, telefonla danışdıqlarını təsdiqləyən bircə sübut yoxdur".

Vəkil qeyd edib ki, Rüfət Zahidov həbs olunarkən onun bir sıra hüquqları pozulub:

"Guya, bir saat on dəqiqə ərzində narkotiki ekspertizaya aparıblar, orada ekspertizadan keçirilib və rəy verilib, onu alıb Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinə gətiriblər, cinayət işi başlayıb. Hamımız bilirik ki, bu, bir saat on dəqiqə ərzində mümkün deyil. Bunlar bəlkə işıq sürətilə hərəkət ediblər?"

“GÜNAHSIZDIRLAR”

Bəhruz Bayramov çıxışının sonunda məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib:

"Bu adamların heç bir siyasi fəaliyyəti yoxdur. Onlar günazsızdılar. Qənimət Zahidlə də əlaqələri yoxdur bunların. Baxmayaraq ki, bu variantı məqbul hesab eləmirdim, amma günahsız adamların həbsdə qalmaması naminə razılaşdım və onlar Qənimət Zahiddən imtina ərizəsi yazıb Prezident Administrasiyasına, digər orqanlara göndərdilər. İstintaq orqanında bu günahsız adamlara qarşı qanunsuzluq edənlər yaddan çıxarmasınlar ki, onların da övladları var, günahsız adamı cəzalandırmaq çox böyük ədalətsizlikdir".

Məhkəmə prosesi iyunun 20-də digər vəkil Tahir Xanəliyevin müdafiə nitqi və təqsirləndirilən şəxslərin son sözü ilə davam edəcək.

Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qənimət Zahid isə qohumlarının ondan qisas almaq məqsədilə həbs olunduğunu bildirir. O, baş verənləri, özəlliklə, müəllifi olduğu "Azərbaycan saatı" televiziya proqramında hökumətin sərt tənqid olunması ilə əlaqələndirir.

Buna da bax: L.Zahidova: Dedilər bütün Zahidovları tuturlar, mən də qoruxmdan...

L.Zahidova: Dedilər bütün Zahidovları tuturlar, mən də qoruxmdan...
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (10 iyun)

Gələn həftəsonu keçiriləcək Formula 1 yarışlarına görə 5 günlük otel qiyməti 2500 manatdan başlanır.
Günün əsas hadisələri Azadlıq Radiosunda (10 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (10 iyun)

"Büdcədən 5 milyarda qədər vəsait yayınıb"

XS
SM
MD
LG