Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:19

Almatının ‘elit’ rayonunda tualetlərə su gəlmir


Medeu rayonuna daşınan tualetlər gətirilib
Medeu rayonuna daşınan tualetlər gətirilib

Qazaxıstanın keçmiş paytaxtı Almatının imkanlı rayonları ötən həftəni susuz keçirib. Şəhər hökuməti bu halı “təbii amillərlə” əlaqələndirib.

Şəhər rəsmiləri deyirlər ki, buzlaqlardan əriyib gələn su kütləsi o qədər güclü olub ki, Kiçik və Böyük Almatı çaylarının sürəti artıb. Nəticədə filtr stansiyaları suyu palçıqdan təmizləməyi çatdıra bilməyib.

Onlar bildiriblər ki, yalnız indiki isti dalğası səngiyəndə vəziyyət düzələcək. İyulun ikinci yarısında temperatur davamlı 35-40º C ətrafında olub.

Susuzluğun üçüncü günü azı bir yaşayış kompleksinin sakinlərinin kiçik etirazından sonra komplekslərə daşınabilən tualetlər gətirilib.

Hökumətin məlumatına görə, Qazaxıstanda kənd sakinlərinin demək olar hamısının, şəhər sakinlərininsə yarıdan çoxunun evlərinin içində axar su kranı yoxdur.

Mixail Kozaçkov adlı jurnalist “Telegram”da yazıb ki, Almatının ətraflarındakı köhnə evlərdə yaşayanların şəraiti şəhərdəki yeni bahalı yaşayış komplekslərinin sakinlərinin şəraitindən daha yaxşıdır.

Medeuda krandan gələn su
Medeuda krandan gələn su

700 min dollardan başlanan qiymətlər

İnsanlar bu bahalı evləri rahatlıq üçün alsalar da, gözləntiləri doğrulmur.

Medeu rayonundakı yaşayış kompleksləri Almatının ən bahalı evləridir. Burada mənzillərin qiyməti kvadrat metrə 1500 dollardan başlayır. Bu ərazidəki mənzillər “yaşıl” və “ekoloji təmiz” evlər kimi təqdim edilir.

Yenicə tikilən bahalı komplekslərdən biri elə belə də adlanır: La Verde – ispanca “yaşıl”. Burada sahəsi 200 kvadrat metrdən böyük mənzillərin qiyməti 700 min dollardan başlayır.

Ancaq suyu olmayan evdə yaşıllıqdan danışmaq çətindir.

Bu il Orta Asiyanın iri şəhərləri ciddi su qıtlığından əziyyət çəkib. Yayın əvvəlində Qazaxıstanın paytaxtı Astana və Qırğızıstanın paytaxtı Bişkek də susuzluq problemi ilə üzləşib.

Problemin daha uzun sürdüyü Bişkekdə hökumət bunun bu ilin birinci yarısında yağıntı səviyyəsinin gözlənildiyindən aşağı olması ilə bağlı olduğunu deyib.

Hökumət rəsmiləri əhalisi 1 milyondan çox olan şəhərə yeni su çəkməyə söz veriblər.

Sudan necə istifadə olunur

Orta Asiyanın əksər şəhərləri üçün içməli suyun əsas mənbəyi buzlaqlardan qidalanan çaylardır. Buzlaqlarınsa çoxu kiçilməkdədir. İsinən atmosfer, yayların isti keçməsi, qar və yağışın az yağması isə yerli hökumətlərin təsir imkanları xaricində olan amillərdir.

Ancaq suyu daha yaxşı idarə etmək olar. Köhnəlməkdə olan infrastruktura ildən-ilə əhəmiyyət verilmədiyi Orta Asiyada sudan istifadə pis vəziyyətdədir.

Jurnalist Kozaçkov öz postunda böhrana səbəb kimi tikinti tullantılarının çaya tökülməsini göstərib.

“Medeu”da yaşayan tanınmış qazax reper Skriptonite da “palçıqlı su” izahına inanmır. O öz bədbinliyini “Instagram”da 2 milyon izləyicisi ilə paylaşıb.

Bu və digər məsələlərə görə şəhər rəhbərliyindən narazı sakinlər mer Yerbolat Dosayevin vəzifəsindən getməsi tələbi ilə petisiya imzalayıblar. Dosayev on minlərlə adamın imzaladığı petisiyaya məhəl qoymayıb. O deyib ki, imzaların çoxu böyük ehtimalla botlardır.

Ermənistan sərhədinə yaxın kənddə camaat yağışın ümidinə qalıb: Kəndə su niyə verilmir?
Gözlə

No media source currently available

0:00 0:06:18 0:00

Siyasətə qoşulmayanlar

Hələ sovet dövründə Medeunun bu hissəsində alma və başqa meyvələr yetişdirən sovxoz yerləşirdi. Cəmi bir neçə il öncə ərazidəki köhnə binaların sakinləri arabir burada keçilərini otarırdılar. İndi isə bura istirahət zonasıdır. Çay boyunca piyada yolunun çəkilməsi Medeunu daha da yaşamalı yerə çevirib.

Bu bahalı yaşayış komplekslərində ev alanlar müasir Qazaxıstanda siyasətə qarışmadan özünə yaxşı şərait yaradanlardır.

“Ancaq su kəsiləndə amorf, apolitik xalq birdən-birə hiss etdi ki, etiraz etməsə olmaz”, - Medeuda yaşayan jurnalist Marat Asipov yazıb.

O iddia edib ki, yaranmış vəziyyət orta təbəqə ilə kənd yoxsulları arasında müqayisələrə yol açmaqla yanaşı, həmin orta təbəqə ilə ölkənin supervarlı hakim elitası arasındakı fərqi də ortaya qoyub.

"[Mer] Dosayev pulunu götürüb istənilən ölkəyə köçə bilər. Məsələn, Almatının digər bədnam meri, hazırda Cenevrədə yaşayan Viktor Xrapunova qonşu ola bilər. … Biz isə burada qalıb yaşamağa məhkumuq”, – deyə Asipov yazıb.

XS
SM
MD
LG