Referendumun nəticələrini MSK sədri Məzahir Pənahov açıqlayıb. #Azreferendum #IlhamEliyev #Azerbaycan #aztwi… https://t.co/8OThJohMz4
— AzadliqRadiosu (@RadioAzadliq) 27.9.2016
Referendumun ilkin nəticələri açıqlanıb
Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 26-da keçirilmiş referendumda Konstitusiyaya dəyişikliklərinə dair səsverməyə çıxarılmış məsələlərə seçicilərin münasibətini faizlərlə elan edib.
MSK-nın açıqlamasına görə, 29 dəyişikliyin hamısı səsvermədə dəstəklənib. Dəyişiklikləri dəstəkləmə faizi 83-92 faiz arasında dəyişir.
Prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılmasına seçkiyə qatılanların 92 faizinin müsbət yanaşdığı deyilir. Yaş senzinin 18-ə endirilməsinə isə səsvermədə iştirak edənlərin 91 faizinin «hə» dediyi qeyd edilir.
MSK-nın açıqlamasından belə çıxır ki, xalq torpaqlardan səmərəli istifadə edilməyəcəyi təqdirdə torpaq üzərində mülkiyyətin məhdudlaşdırılmasını də təqdir edir. Referenduma qatılanların 85 faizinin bunu dəstəklədiyi bildirilir.
Vitse-prezidentlik institutunun müdafiəsi də səsvermə iştirakçılarından az səs almayıb. Həmin maddənin müdafiəsinə 89 faizin dəstək verildiyi vurğulanır.
MSK seçki fəallığının 69.7 faiz olduğunu bildirmişdi.
Referendum günü 100 saniyədə
İsa Qəmbər: ‘Hətta bizim gözlədiyimizdən də az seçici gəlib’
Sentyabrın 26-da keçirilən referendum başa çatıb. Açıqlanan ilkin rəsmi məlumata görə, seçicilərin 67 faizi səsverməyə qatılıb. Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat partiyasının keçmiş lideri İsa Qəmbər bu rəqəmə inanmadığını bildirir. O, AzadlıqRadiosu-na müsahibəsində səsvermə və referendumun nəticələrini dəyərləndirib. İsa Qəmbərin fikirləri ətraflı burada