Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:04

Rusiya hərbçiləri Kurskda səngər qazırlar


İllüstrativ foto
İllüstrativ foto

Ukrayna qoşunlarının Kursk vilayətində irəlilədikləri bir vaxtda Rusiya hərbçiləri bu ərazidə səngərlərin qazılmasına başlayıblar.

Bu barədə məlumatı özünün X hesabından OSINTtechnical saytı peyk görüntülərinə istinadla verib.

Bu da xəbər verilir ki, Kurskda Lqov-Suca trassının yaxınlığında müdafiə qurğuları ucaldılır.

Peyk fotolarından məlum olur ki, Ukraynaya ən yaxın olan səngər Viktorovka kəndi həndəvərində Ukrayna sərhədindən 45 kilometr aralıdadır.

Bu da xəbər verilir ki, səngərlərin ən uzunu Selixovı Dvorı – İvanino və Dyakonovo – Suca xəttində Kursk şəhərində, Ukrayna sərhədindən 75 kilometrlik məsafədədir.

Alaudinovun nikbin bəyanatlarına baxmayaraq

“Axmat” alayının komandanı general Apti Alaudinov iddia edir ki, Ukrayna silahlı qüvvələri Suca şəhərinə nəzarət etmir və burada döyüşlər gedir.

Həm də Rusiya silahlı qüvvələri hərbi-siyasi idarəsi rəisinin müavini olan Alaudinov gündəlik qaydada Rusiya qoşunlarının uğurları barədə məlumatlar verir.

Rusiya habelə Kursk Atom Elektrik Stansiyasının yaxınlığında müdafiə qurğuları tikir. AES-ə ən yaxın səngər 8 kilometrlik məsafədədir.

ABŞ Müharibə Araşdırmaları İnstitutu (ISW) açıq mənbələrə istinadla bildirir ki, belə görünür, Rusiya qoşunları Kurskdakı cəbhə xəttini hələ də sabitləşdirə bilməyiblər.

ISW Kursk vilayətinin 40 yaşayış məntəqəsində Ukrayna əsgərlərinin olduğunu müəyyənləşdirib.

İndiyədək 100 mindən çox sakinin Kursk vilayətini tərk etdiyi bildirilir. Eyni zamanda Ukrayna ilə həmsərhəd Belqorod vilayətində də evakuasiya davam edir.

Rusiya bəzi birləşmələrini Ukraynadan çıxarır?

Bu arada Wall Street Journal qəzeti ABŞ rəsmilərinə istinadla yazır ki, Rusiya Kursk vilayətində Ukrayna hərbçilərinin hücumlarını dayandırmaq məqsədilə bir sıra hərbi birləşmələrini Ukrayna ərazisindən çıxarır.

Rəsmilərin sözlərinə görə bu, Ukrayna silahlı qüvvələrinin hərbi əməliyyatının uğur qazanmasının ilk əlamətidir.

Amerika ekspertləri hələlik Rusiyanın Ukraynadan hansı sayda əsgər çıxardığını müəyyən etməyiblər.

Lakin onlar deyirlər ki, Rusiyanın Ukraynadakı müəyyən birləşmələrini oradan çıxarması onun Ukrayna ərazisindəki aramsız hücumlarını təsirləndirə bilər.

Ekspertlər Ukrayna hərbçilərinin Kursk əməliyyatından başlıca məqsədin elə bu olduğunu bildirirlər.

XS
SM
MD
LG