Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:31

Rusiya Ukraynada niyə geri çəkilir? (Video)


Zelenski: Ukrayna ordusu sürətlə irəliləyir
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Zelenski: Ukrayna ordusu sürətlə irəliləyir

Rusiya qoşunları İzyum, Kupyansk və Liman şəhərlərindən nizamsız şəkildə və kiçik qruplarla meşələrə çəkilir

ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu (ISW) bildirir ki, Rusiya ordusunun elit birləşmələri Ukrayna qüvvələrinin Xerson, Xarkov və Luhansk vilayətlərindəki əks-hücumunun qarşısını ala bilmir.

Rusiya qoşunları İzyum, Kupyansk və Liman şəhərlərindən nizamsız şəkildə və kiçik qruplarla meşələrə çəkilir.

ISW təhlilçiləri qeyd edirlər ki, prezident Vladimir Putin cəbhədəki uğursuzluqların təqsirini hərbi rəhbərliyin üstünə yükləməyə çalışır.

Ekspertlərin fikrincə ordu rəhbərliyində aparılan təmizləmə kampaniyası da bundan xəbər verir.

Bu yaxınlarda Rusiya Qərb hərbi dairəsinin komandanı Aleksandr Juravlyovun yerinə general-leytenant Berdnikov təyin edilib.

ISW bildirir ki, Putin qısa müddət ərzində Qərb hərbi dairəsinin komandanlığını bir neçə dəfə dəyişib.

Hərbi ekspert Roman Svitan əmindir ki, Rusiya qoşunlarını cənub və Donbas cəbhələrində bundan sonra da uğursuzluqlar gözləyir.

O CurrentTime telekanalına Rusiya silahlı qüvvələrinin səhvlərindən və Ukrayna qüvvələrinin bu səhvlərdən necə faydalanmasından danışıb.

Müharibə riyaziyyatdır

Ekspert “nə üçün hələ ötən yayda irəliləməkdə olan Rusiya silahlı qüvvələri hazırda cəbhə xəttindən qaçır” sualına belə cavab verib:

“Müharibə riyaziyyatdır. Min kilometrlik cəbhə xəttini saxlamaq üçün azı bir milyon silahlı əsgər lazımdır. Amma cəbhə xəttində bundan on dəfə az qüvvə olduğundan Ukraynanın daha üstün və daha hazırlıqlı qüvvələrinin istənilən təzyiqi cəbhənin yarılması ilə nəticələnir. Bəzən bir neçə müdafiə xətti birdən birə pozulur. Belə olduqda Ukrayna qoşunları onlarla kilometr irəliləyə bilir”.

Ekspert deyir ki, Rusiyanın sadəcə olaraq canlı qüvvəsi çatışmır və Moskva bu əməliyyata başlayarkən səhvlərə yol verib.

Svitanın fikrincə, Rusiyada bu müharibəyə başlayanda onun belə böyük miqyaslı ola biləcəyini düşünməmişdilər.

Rusiyaya indi 10 dəfə artıq qüvvə lazımdır

Bununla belə Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, qismən səfərbərlik elan edildikdən sonra Luhansk vilayətindəki cəbhə xəttinə yeni qüvvələr göndərilir. Bəs bu, vəziyyəti dəyişəcəkmi?

Ekspert düşünür ki, cəbhə xəttinə yeni, amma hazırlıqsız qüvvənin göndərilməsi heç nəyi həll etməyəcək, çünki hazırda Ukrayna qoşunları daha peşəkar və daha hazırlıqlıdır:

“Cəbhə xəttini saxlaya bilmək üçün onlara bundan 10 dəfə artıq peşəkar canlı qüvvə və texnika lazımdır. Söhbət ötən əsrin texnikasından yox, 21-ci əsrin hərbi texnikasından gedir”.

Ekpsertin fikrincə Ukraynanın geri aldığı Kupyansk, İzyum, indi isə Liman şəhərləri çox mühüm logistika mərkəzləridir.

Svitan bildirir ki, bunların arasında ən əsası Kupansk idi və Ukrayna əks-hücumunun oxu məhz bura yönəlmişdi. Kupyanskın itirilməsindən sonra Rusiya qoşunlarına silah-sursat, texnika və ərzağın gətirilməsi dayandırılıb.

Ukrayna Kupyanskla kifayətlənməyərək Oskol çayı üzərinə yeriyib. Hazırda sol sahilin təmizlənməsi əməliyyatı aparılır, Svatova üzərinə hücuma hazırlıq gedir.

Siyasətçilər 5 min əsgəri güdaza veriblər

Ekspertin fikrincə rusiyalılar əslində İzyumdan dərhal Severodonetsk və Rubejnoyeyə çəkilməli və orada səngərlənməli idilər:

“Amma belə başa düşürəm ki, məsələyə siyasətçilər qarışıblar və qarnizonu Limanda saxlayıblar. Bununla heç bir döyüş hazırlığı olmayan iki briqadanı – 5 minədək əsgəri faktiki güdaza veriblər. Bu qüvvələr Rubejnoyedəki və Severodonetskdəki qarnizonları gücləndirə bilərdilər”.

Ekspertin fikrincə ukraynalılar həm Svatovoya, həm Rubejnoyeyə, həm də Severodonetskə həmlə edəcəklər:

“Onlar Kremennayanı dərhal tutacaqlar, amma Svatovodan yəqin ki, yan keçmək lazım gələcək. Bu şəhər Limanda olduğu kimi iki tərəfdən məngənəyə salınmalıdır. Düşünürəm ki, Rusiya qoşunları Svatovodan da çıxacaq”.

Svitanın fikrincə Rubejnoye, Severodonetsk və Lisiçansk uğrunda döyüşlər bir qədər uzun çəkəcək. Rusiya qüvvələri burada səngərləniblər.

Baxmut istiqaməti

Almaniyanın Die Welt qəzeti yazır ki, Rusiya diqqətini Baxmut şəhərinin tutulmasına yönəldə bilər. Orada artıq iki aydır ki, döyüşlər gedir.

Ekspert bunun səbəbini belə izah edir:

“Baxmut uğrunda döyüşlər may ayından gedir. Burada Rusiya qüvvələrinin vəzifəsi Baxmutun qərbindəki Slavyanskdan Qorlovkaya gedən su kəmərinə çıxmaqdır. Bu su kəməri Donbası, Donetski, Mariupolu su ilə təchiz edir. Buna görə də Baxmut hazırda strateji nöqtədir. Oranı götürə bilmirlər, çünki orda böyük aqlomerasiya var. Ukraynalılar dörd ay ərzində şəhərin müdafiəsini möhkəmləndiriblər. Əgər döyüş məlumatlarına baxsaq, Rusiya Baxmut rayonunda ən böyük itkilərini verir. Ora hücum əməliyyatlarını Priqojinin Vaqner muzdluları həyata keçirirlər. Baxmutu tutmamaqla Priqojin siyasi nüfuzunu itirə bilər. Məhz bu səbəbdən də ora böyük pullar xərclənir, yeni qüvvələr gətirilir”.

Bəs Ukrayna qoşunlarının cənub istiqamətindəki irəliləyişi niyə şərqdə olduğu kimi sürətli deyil?

Ekspert bildirir ki, Ukraynanın cənubu dərinliyi 150 kilometr olan 250 kilometrlik cəbhə zolağıdır:

“Orada Rusiya qüvvələrinin sıxlığı böyükdür. Hazırda bu zolağın seyrəkləşdirilməsi baş verir. Bundan sonra Rusiya qüvvələri 50 kilometrlik dərinliyə çəkilməli olacaqlar. Daha sonra isə biz Ukrayna qoşunlarının Kupyanskda olduğu kimi böyük hücumunun şahidi olacağıq. Orda da cəbhə xətti yarılacaq”.

Qızları müəllimliyə məcbur edən valideynlər
Gözlə

No media source currently available

0:00 0:05:22 0:00

XS
SM
MD
LG