Seçki düzgün olsun deyə, nə edə bilərsiz
Seçki qutusuna topa bülleten atanların, seçki sənədlərini saxtalaşdıranların cəzası nədir? Seçkidə saxtakarlığın şahidi olanlar neyləməli, hara məlumat verməlidir?
Fotoreportyor məntəqəyə buraxılmayıb
23 saylı Nəsimi-Səbail Seçki Dairəsi, 2 saylı seçki məntəqəsində «Turan» agentliyinin əməkdaşına foto çəkməyə icazə verilmədiyi bildirilir.
Agentliyin xəbərində bildirilir ki, 46 saylı məktəbdə yerləşən məntəqədə əməkdaşları seçki prosesinin gedişini izləmək, foto çəkmək istəsə də, buna icazə verilməyib.
Həmin məntəqənin seçki komissiyasının üzvləri bildiriblər ki, bu şəxs Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməyib.
«Ona görə də belə fotoreportyorların məntəqələrə daxil olmaq və ya çəkiliş aparmaq hüquqları yoxdur», - məntəqə seçki komissiyasından bildiriblər.
Məsələyə MSK-dan münasibət almaq mümkün olmayıb.
Ancaq MSK sədri Məzahir Pənahov səsvermə başlayanda keçirdiyi mətbuat konfransında bildirmişdi ki, heç bir jurnalistə məntəqə daxilində maneə yaradılmamalıdır.
Üstəlik, bu qurumda jurnalistlərdən qeydiyyat tələb edilməyib.
Xəbərdə vurğulanır ki, Yasamal rayonundakı 20 saylı məktəb-liseydə isə media mənsublarına belə qadağa qoyulmayıb.
Saat 10:00-dək seçici fəallığı açıqlanıb
Azərbaycanda keçirilən prezident seçkilərində saat 10:00-dək olan seçici fəallığı açıqlanıb.
MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov vurğulayıb ki, saat 10:00-a qədər seçicilərin 18.71 faizi seçkidə iştirak edib.
Seçicilərin ümumi sayı 5 milyon 314 min 365 nəfər təşkil edir.
2003-cu ildə Heydər Əliyevin səhhəti pisləşəndə tutduğu post indiki prezident İlham Əliyevə verilən və seçkidən sonra yenidən baş nazir təyin edilən 83 yaşlı Artur Rasizadə səs verdi.