Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:03
İ.Əliyevin tərəfdarları bayram edir. 11 aprel 2018
İ.Əliyevin tərəfdarları bayram edir. 11 aprel 2018

İlham Əliyev - 86%

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.

Müxalifət partiyalarının əksəriyyəti bu seçkini boykot edib.

Səsvermənin gedişini və bütövlükdə seçki prosesində baş verən vacib hadisələri dəqiqəbədəqiqə burada izlə.

20:57 11.4.2018

MSK: 'Seçki fəallığı 74,51 faiz olub'

Azərbaycanda keçirilən prezident seçkilərində seçici fəallığı ilə bağlı ilkin yekun nəticə açıqlanıb.Səsvermə saat 19:00-da başa çatıb.

MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, saat 19:00-a qədər 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 553 nəfəri səs verib.

Onun vurğulamasına görə, seçkidə 74,51 faiz seçici iştirak edib.

22:14 11.4.2018

YAP: ‘İlham Əliyev prezident seçilib’

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bu gün, aprelin 11-də axşam saatlarında keçirilən mətbuat konfransında prezident seçkiləri ilə bağlı dəyərləndirilmə aparılıb.

YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, saat 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatıb və seçkilər baş tutmuş hesab edilir:

Əli Əhmədov: YAP-ın namizədi qalib gəlib
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

"MSK-dan verilən məlumata görə, səsvermədə 3,9 milyondan çox seçici iştirak edib. "Exit-poll"ların keçirdiyi sorğular nəticəsində İlham Əliyev 80 faizdən yuxarı səs qazanıb. Bu ondan xəbər verir ki, YAP sədri prezident seçkilərində inamlı qələbə qazanıb. Hesab edirik ki, Mərkəzi Seçki Komissiyası da yaxın vaxtlarda nəticələri elan edəcək...”

YAP-çılar 'qələbəni' bayram edir
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Əli Əhmədov daha sonra deyib:

“Azərbaycan xalqı doğru seçim edərək İlham Əliyevi prezident seçib… Xalqın bu seçimi tamamilə məntiqə uyğundur. Bununla da Azərbaycan vətəndaşları İlham Əliyevin rəhbərliyi ilə daha 7 il ərzində sürətli inkişafa səs veriblər. Növbəti 7 il Azərbaycanda inkişafın yeni mərhələsi olacaq”, Ə.Əhmədov bildirib.

Milli Şura seçkilərin nəticələrini tanımır

“11 aprel seçkiləri Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə və konstitusiyasına uyğun keçirilməyib. Azərbaycan xalqının iradəsini ifadə etmir, legitim deyil və Milli Şura onun nəticələrini tanımır”

Milli Şuranın seçkinin nəticələri ilə bağlı yaydığı sənəddə belə yazılır.

Müxalif birlik iddia edib ki, seçki milli qanunvericiliyin, beynəlxalq standartların kobud şəkildə pozulması, fundamental hüquq və azadlıqların məhdudlaşdırıldığı şəraitdə keçirilib.

Sənəddə müxalif insanların həbsxanalarda olduğu, vətəndaş cəmiyyətinin tamamilə çökdürüldüyü vurğulanıb.

Milli Şura qeyd edib ki, ölkədə seçki institutları məhv edilib, ədalətli məhkəmə sistemi mövcud deyil.

Müxalif təşkilatın iddiasına görə, reallıqda səsverməyə seçicilərin 15-16 faizi gedib.

Milli Şuranın mövqe sənədində seçki mühiti ayrı-ayrı bölmələr üzrə geniş şərh edilib. Sənədin seçki günü (aprelin 11-də) yaşananlarla bağlı bölməsində gün boyunca əvvəlki seçkilərdəki saxtakarlıqların təkrar edildiyi vurğulanır. Qeyd edilir ki, seçki günü “karusellər” təşkil edilib, yəni iddilara görə, bəzi şəxslər dəfələrlə səs veriblər.

Habelə bildirildiyinə görə, əksər məntəqələrdə seçki qutularına topa bülletenlərin atılması müşahidə edilib.

Milli Şura hesab edir ki, hərbi məntəqələrdə və həbsxanalarda keçirilən səsvermə ümumiyyətlə hökümətin birbaşa nəzarəti altında baş verib.

“Heç bir rəqabət mühiti olmadan keçirildiyindən Milli Şura Azərbaycan xalqının seçki hüququnun özünə qaytarılması, ölkəmizdə azad, ədalətli seçkilərin keçirilməsi uğrunda mübarizəsini davam etdirəcək”, sənədin sonunda vurğulanır.

23:39 11.4.2018

MSK sədri Məzahir Pənahov: “ İlham Əliyev 86,09 faizlə liderdir”

Məzahir Pənahov
Məzahir Pənahov

Aprelin 11-də saat 23 radələrində Mərkəzi seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilikn nəticələri ilə bağlı mətbauat konfransı keçirib.O deyib ki, artıq protokolların yarıdan çoxu onlara gəlib:

MSK sədri bildirib ki, seçkinin ilkin nəticələri belədir:

İlham Əliyev-86,09 faiz

Qüdrət Həsənquliyev – 3,4 faiz

Sərdar Cəlaloğlu - 2,97 faiz

Zahid Oruc-3,07 faiz

Hafiz Hacıyev - 1,51 faiz

Araz Əlizadə - 1,4 faiz

Fərəc Quliyev - 1,18 faiz

Razi Nurullayev 0, 74 faiz

00:10 12.4.2018

Ərdoğan Əliyevi təbrik etdi

Ərdoğan və Əliyev (Arxiv)
Ərdoğan və Əliyev (Arxiv)

Aprelin 11-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

AzərTAc yazır ki, "Türkiyə Prezidenti İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb".

Xəbərə görə, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Davamı

XS
SM
MD
LG