Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:12

"Pşa Pşayeviç" deyən aktyor "çuxdandı gürsənmir" [Video]


"Pşa Pşayeviç, çuxdandı gürsənmirsən"- [Aktyorla söhbət]
Gözlə

No media source currently available

0:00 0:03:47 0:00

"Pşa Pşayeviç, çuxdandı gürsənmirsən"- [Aktyorla söhbət]

►"Alimlər də əziyyət çəkir. Məgər artistlər alimlərdən artıqdır?”

"Son illər AzTV-yə çağırmırlar. Səbəbini bilmirəm"

Onu hər gün Milli Parkda sənət yoldaşlarıyla birlikdə görmək mümkündü.

Gəlir, dərdləşir, bir stəkan çay içib gedir. Saçları ağ olsa qaməti dikdi.

İllərin yorğunluğu göz çuxurlarından görünür. Ancaq yaxınlaşanda, hal-əhval tutanda gülümsəyir. Hər şeyi unudur, gileylənmir, ağrı-acılarını dilə gətirmir. Bəlkə də utanır, bəlkə də...

Atabala Səfərov
Atabala Səfərov

Həmçinin oxu: Avropa Parlamentindən Azərbaycana görünməmiş sərt qətnamə

“DOLANIŞIQ BAHALI İŞDİ”

1972-ci ildən bəri səhnədə min bir obrazda, "Adı sənin, dadı mənim" televiziya tamaşasında Quzubala, "Evləri köndələn yar"da bərbər obrazlarıyla tamaşaçıların qəlbinə yol tapan Atabala Səfərov artıq heç yerə tələsmir.

Baxmayaraq ki, hər sualı cavablandırandan sonra saatına baxırdı:

“Mənim üçün vaxtın önəmi var. Ancaq heç yerə tələsmirəm. Tələsib qurtarmışam..."

"Dövlətdən narazılığım yoxdur. İnsanın vicdanı xəstələnməyəndə onun arzusu da, istəyi də az olur. Dövlət bizim üçün nə eləməlidir? Hər şey edib. Ev-eşik var. SSRİ vaxtı verilib, müstəqillik vaxtı gec də olsa fəxri ad - əməkdar artist adı almışam. Həmişə çalışmışam ki, vəziyyətdən çıxış yolu tapım. Heç vaxt gileylənməmişəm. Alimlər də əziyyət çəkir. Məgər artistlər alimlərdən artıqdır?”

Aktyorun sözlərinə görə, insan özünü nəyə tabe etsə o cür də yaşayır:

“Dolanışıq heç kimi qane etmir. O bahalı işdi (gülür). İnsan özünü nəyə ram edirsə o cür də yaşayar”.

O, son zamanlar tamaşalarda rol almamasını belə izah edir:

“İşlər çoxdur. Sadəcə, ürəyimdən əməliyyat olunduğum üçün tamaşalarda görünmürəm. Həkimin məsləhətilə gündə 3-4 kilometr gəzirəm. Həm də burada sənət yoldaşlarımı görürəm”.

Nəinki tamaşalarda, hətta efirdə də görünməyən Atabala Səfərov məsələni belə izah edir:

“AzTV-nin fondunda xeyli tamaşalarım var. Əvvəllər bizi çağırırdılar, son illər isə yox. Səbəbini bilmirəm, heç maraqlanmıram da”.

Həmçinin oxu: Bakı-Quba beton yolu yenə sökülür [Video]

“HƏM UCUZDU, HƏM DƏ...”

Atabala Səfərovun hər gün pənah gətirdiyi çayxana Bakı bulvarının mərkəzində yerləşir. Açıq havada, güllərlə əhatələnən məkan o qədər də bahalı yer deyil. Necə deyərlər kasıb malıdır.

Atabala Səfərov (solda)
Atabala Səfərov (solda)

Adətən, sənət adamları bahalı yerlərdə, hamının əli çatmadığı ünvanlarda məskən salırlar. Atabala müəllimdən bunun səbəbini soruşuruq. Deyir ki, ucuz olduğu üçün gəlir:

“Həm ucuzdu, həm də buranın sahibi yaxşı insandı. Ofsiantlara tapşırıb ki, artistlərə çayı bir manata verin. Hətta pulumuz olmayanda havayı da içə bilərik”.

Böyük sənətkarlarla çiyin-çiyinə çalışdığı, Nəsibə Zeynalova, Siyavuş Aslan, Hacıbaba Bağırov və başqa karifeylərlə eyni səhnəni bölüşdüyü ilə fəxr edir.

Həmçinin oxu: "Siçovullarla baş-başa qalmışam..."

“Hicran”da özünü yalnız həkim rolunda görən müsahibimiz qeyd edir ki, Hacıbaba Bağırov Mitoşbala, Siyavuş Aslan Dadaşbala obrazlarına öz möhürlərini vurublar:

“İstəsəm də özümü o rollarda görə bilmərəm. Olanı deyirəm, düz danışmaq insanı hörmətli edir. Özündən müştəbeh olmaq adama hörmət gətirməz”.

XS
SM
MD
LG