Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 17:09

Səməd Seyidov: "Məni vəzifəmdən çıxarmayıblar"


Səməd Seyidov
Səməd Seyidov

►"Səhhətimlə bağlıdır"

“Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılmağım tamamilə yanlış bir məlumatdır. Bu məlumatın hardan qaynaqlandığını da bilmirəm. Sadəcə, yanvar sessiyasında səhhətimlə bağlı iştirak edə bilməmişəm. Həmin sessiyada müavinim Vüsal Hüseynov iştirak edib. Ancaq nümayəndə heyətinin işinin təşkil olunmasının, gedişinə nəzarətin və başqa məsələlərin hamısını etmişik, edirik və bundan sonra da edəcəyik”.

Bunu AzadlıqRadiosuna açıqlamasınada Səməd Seyidov bildirib.

Səməd Seyidovun yerinə təyin olunduğu bildirilən Vüsal Hüseynov da AzadlıqRadiosuna deyib ki, yayılan xəbərlər əsassızdır:

“Sadəcə, son sessiyada sağlamlığında olan narahatlığa görə Səməd Seyidov iştirak edə bilməmişdi. Bu sessiyalıq mən onu əvəz etmişdim. Növbəti sessiyada özü iştirak edəcək”.

Buna da bax: "Qaz sızması haqda ARDNŞ-ə 1 gün əvvəl xəbər verilibmiş"

"Səbəb məktubda deyil"

Səməd Seyidov “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində gərginliyin artması” adlı məruzəninin müzakirəsinə bir həftə qalmış AŞPA-ya məktub göndərməsi, həmin məktubda Azərbaycan torpaqlarının işğalı faktının qeyd olunmaması haqda yazılanları da “cəfəng” adlandırıb:

“Məruzənin qəbul olunmamasının əsas səbəbini Minsk qrupunun müzakirələrdən əvvəlki bəyanatında görürəm. Təəssüf ki, Minsk qrupu bu münaqişəni özəlləşdirmək və təkbaşına həll etmək cəhdini ortaya qoyur. Bu, tamamilə düzgün deyil. Ona görə ki, bu münaqişə nə qədər çox beynəlxalq təşkilatlarda açıq şəkildə müzakirə olunsa, bir o qədər münaqişənin həlli istiqamətində hansısa real addımlar atıla bilər. Ancaq hər bir halda bizim üçün bu, çox normal, yaxşı nəticələrlə yekunlaşmış bir sessiya olub. Düzdür, bu məruzə qəbul olunmadı. Ancaq səbəbləri heç də o məktubda deyil”.

Yanvarın 26-da AŞPA “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabatı qəbul etməyib. “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı hesabat isə qəbul olunub.

Buna da bax: Sürüşmə zonasında tikinti qadağan edildi

“Ancaq qarşılıqlı şəkildə ola bilər”

Thorbjoern Jagland
Thorbjoern Jagland

Ötən ilin dekabrında Avropa Şurasının baş katibi Thorbjorn Jagland Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi ilə bağlı rəsmi araşdırmaya başladığı, Azərbaycana təmsilçilər göndərəcəyi haqqında bəyanat yaymışdı.

Səməd Seyidov deyir ki, bu, ancaq qarşılıqlı şəkildə olmalıdır:

“Avropa Şurası baş katibinin Azərbaycanla bağlı hər hansı addım atması Azərbaycan hakimiyyətinin fikrinin öyrənilməsi, qarşılıqlı söhbətlər və danışıqlar əsasında həyata keçirilməlidir. Ona görə də birtərəfli hansısa nümayəndənin, yoxlamanın göndərilməsi, yaxud başqa cür hərəkət edilməsi mənə bir qədər real görünmür. Əslində isə problem ciddi araşdırılmalıdır. Niyə cənab Jagland yalnız Azərbaycanı hədəf seçib? Hesab edirəm, sonuncu sessiya göstərdi ki, bu saat insan haqları ilə bağlı problemlər Avropanın özündə daha çoxdur, nəinki Azərbaycanda. Ona görə cənab Jagland-ın təşəbbüsü ilk öncə Avropada gedən proseslərə yönəlməlidir. Biz öz öhdəliklərimizi tam şəkildə yerinə yetiririk.Hesab etmirəm ki, burda hər hansı bir problem var.”

Beynəlxalq qurumlar Azərbaycanda onlarla fəalın, jurnalistin, siyasətçisinin siyasi motivlərlə həbsdə yatdığını bildirir. Hakimiyyət təmsilçiləri bunu “yalan” adlandırır.

XS
SM
MD
LG