Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 22:07

Hökumət 'Şahdağ'a 18 milyon manat niyə ayırıb?


İlham Əliyev Şahdağda istirahət edir. 28 yanvar 2015.
İlham Əliyev Şahdağda istirahət edir. 28 yanvar 2015.

Qusarda dövlət hesabına inşa edilmiş turizm mərkəzi istər qışın oğlan çağında, istərsə yayın cırhacırında qonaq sarıdan korluq çəkmir.

Bu qış mövsümündə dağ yamaclarını qar örtüncə, qısa müddətdə (15 dekabr - 5 yanvar) Şahdağı ziyarət edənlərin sayı 35 min nəfəri aşıb.

Məntiqlə qış-yay istirahət mərkəzinin gəliri də az olmamalıdır. Buna görə də dövlət büdcəsindən «Şahdağ Turizm Mərkəzi» QSC-yə 18 milyon manatın ayrılması ekspertləri təəccübləndirib.

Buna da bax:​ Yeni İl cah-cəlalı: 800 manata süfrə, 1000 manata yolka, 300 manata Şaxta baba...

Sözügedən vəsaitin ayrılması zərurəti ilə bağlı AzadlıqRadiosu-nun yazılı sorğusuna «Şahdağ Turizm Mərkəzi» QSC-nin rəhbərliyi əvvəlcə cavab vermək istəməyib. Bu səbəbdən suallar 2015-ci ilədək Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisinə 1 milyard manatdan çox (o vaxtkı məzənnə ilə təxminən 1,4 milyard ABŞ dolları) vəsait xərcləmiş Mədəniyyət və Turizm Nazirliyinə ünvanlanıb. Nazirlik suallara birbaşa deyil, «Şahdağ Turizm Mərkəzi» QSC-nin vasitəsilə cavab verib:

- “Şahdağ Turizm Mərkəzi” QSC-nin saxlanılma xərcləri, mərkəzin tərkibində olan otellərin, kanat və xizək yollarının, müxtəlif obyektlərin təmiri və ehtiyat hissələrinin, dağ-xizək kompleksinin saxlanılmasına, müxtəlif avadanlıq və əyləncələrin alınmasına vəsait tələb olunur. Bundan başqa turizm mərkəzinin regional və beynəlxalq səviyyədə təbliğat işləri müvafiq vəsaitin ayrılmasını zəruri edir.

Buna da bax: Yeni ildə Avropada dincəlmək Şamaxıdan ucuzdur

- Ötən il QSC-nin saxlanması məqsədilə dövlət büdcəsindən hər hansı qaydada (birbaşa, Nazirlər Kabinetinin Ehtiyat fondundan və s.) vəsait ayrılıb?

- QSC 25 dekabr 2015-ci il tarixində dövlət qeydiyyatına alınıb. Qurum 1 mart 2016-cı il tarixindən tam fəaliyyətə başlayıb və ilkin olaraq, dövlət büdcəsindən vəsait ayrılıb.

- 2016-cı ildə QSC-nin sərəncamında olan turizm və digər infrastruktur obyektlərinin, o cümlədən daşınmaz əmlakın və digər obyektlərin istifadəyə (icarəyə) verilməsindən nə qədər gəlir götürülüb?

- Hazırda QSC-nin 2016-cı il üzrə maliyyə hesabatı hazırlanır. Müstəqil auditor tərəfindən rəy verildikdən sonra hesabat müvafiq mətbuat orqanlarında dərc olunacaq.

Buna da bax:​ İndi də Şahdağ sürüşür

- Sərəncamda olan obyektlərin istifadəsi və icarəyə verilməsi ilə bağlı neçə təsərrüfat subyekti ilə müqavilə bağlanıb?

- Mərkəzdə yerləşən obyektlər “Şahdağ Turizm Mərkəzi” QSC-nin sərəncamına, hələlik, tam verilmədiyindən, QSC tərəfindən obyektlərin istifadəyə və icarəyə verilməsi ilə bağlı təsərrüfat subyektləri ilə hər hansı icarə müqaviləsi imzalanmayıb. Müvəqqəti olaraq müxtəlif təsərrüfat subyektləri ilə birgə fəaliyyət müqavilələri imzalanıb.

- QSC-nin balansında hansı mehmanxanalar var? Bu mehmanxanaları QSC özü idarə edir, yoxsa idarəetməyə (icarəyə) verib? Əgər icarəyə veribsə, icarəyə götürən hansı şirkətlərdir?

- «Şahdağ Turizm Mərkəzi» QSC-nin tabeliyində hazırda bir beşulduzlu («Şahdağ Hotel və Spa»), bir dördulduzlu («Zirvə» otel) və apartman tipli mehmanxana («Gaya Residences») fəaliyyətdədir.

Buna da bax:​ «Şahdağ»da əvvəlki qiymətlərdir

- QSC-nin cari və idarəetmə xərcləri onun rentabelli işləməsini təmin edir?

- Mərkəzin ərazisində layihə üzrə nəzərdə tutulan bütün obyektlər (mehmanxana və əyləncə tipli obyektlər) tikilmədiyi və istifadəyə verilmədiyi üçün onun rentabelli işləməsini təmin edəcək sayda turist qəbul edə bilmir. Hazırda Mərkəzdə yeni obyektlərin yaradılmasından ötrü özəl investorların cəlb olunması istiqamətində işlər aparılır.

- Nizamnaməyə əsasən, QSC illik maliyyə hesabatını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatandan sonra, sonrakı ilin aprel ayının 30-dan və iyunun 30-dan gec olmayaraq auditor rəyi ilə birlikdə, eləcə də QSC-nin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanılması barədə məlumatı mətbu orqanda dərc etdirməyə borcludur. 2015-ci il üzrə maliyyə hesabatı niyə dərc olunmayıb? Və 2016-cı ildə xüsusi əhəmiyyətli əqd bağlanıbmı?

- QSC 2015-ci ilin sonunda - dekabrın 25-də dövlət qeydiyyatına alınıb və 1 mart 2016-cı il tarixindən tam fəaliyyətə başlayıb. Cəmiyyət indiyədək heç bir xüsusi əhəmiyyətli əqd bağlamayıb.

XS
SM
MD
LG